Qusarda əhali avtomobil yolunu bağlayacaq - susuz qalan əkin sahələrinə görə Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Qusar rayonu Quxuroba kənd sakinləri susuzluqdan şikayət edirlər. Bu barədə bir qrup Quxuroba sakini Xeber.İnfo-a məktub ünvanlayıb.

Xeber.İnfo həmin məktubu təqdim edir:

“Hörmətli redaksiya, pay torpaqlarımızı suvarmaq bizim üçün müşkül işə çevrilib. Əsas çətinlik kanalın 5-10 metrliyində qoyulmuş  şuluzla bağlıdır. Avtomobil yolunun üst tərəfindəki sahələri suvarmaq üçün həmin şuluzu bağlamaq lazımdır. Şuluz bağlananda isə bizim sahələrə gələn suyun qarşısı kəsilir. Bu çətinliyi aradan qaldırmağın yeganə yolu avtomobil yolunun üst tərəfindəki sahələr üçün əsas kanaldan əlavə çıxış açmaq və həmin şuluzu ləgv etməkdir.

Başqa problem isə su arxlarının vaxtında təmizlənməməsidir. Bizə bir qayda olaraq müqavilələr vermir və su pulunu da vaxtında köçürmürlər ki, kifayət qədər su vurulsun. Aidiyyatı şəxslər isə deyirlər ki, sizin limitiniz yoxdur, ona görə su buraxmırıq.  Su pulu adətən mövsüm qurtarandan sonar - oktyabr, noyabr aylarında yığılır.

Biz çarəsizlikdən torpaqlarımızı gecələr suvarmalı oluruq. Ancaq təəssüf ki, gecələr də su tez-tez kəsilir. Su üstündə çox vaxt insanlar arasında yersiz mübahisələr baş verir. Uzun illər davam eləyən bu çətin vəziyyət nə zamana qədər davam edəcək? Çarəsiz duruma düşmüşük. Problem həll olunmasa, yeganə yolumuz avtomobil yolunu bağlamaqdır. Bununla da rayon rəhbərliyinin diqqətini çəkmiş olarıq”.

Xeber.İnfo məktubla bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa cəhd etsə də, bayram günlərinə təsadüf etdiyi üçün əlaqə mümkün olmadı.

Xeber.İnfo

Mövlud Abdulov 

Oxu 618 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu