Thursday, November 23, 2017

Nazirlər Kabineti buraxılacaq - Yanvarda

Bu məqaləni qiymətləndir
(1 Səs)

Prezident İlham Əliyevin yanvarın birinci yarısı Nazirlər Kabinetini buraxacağı gözlənilir.

Bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirib ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.

Xəbərdə deyilir: “Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir”.

Struktur islahatlarının anonsunu bir həftə öncə Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib. S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir: “Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir”.

Oxu 767 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.