Friday, September 22, 2017

İlham Əliyevi məhkəməyə verən cəhbəçi partiyadan xaric olundu Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Son zamanlar bəzi müxalifət partiyalarında maraqlı hadisələr cərəyan etməkdədir. Amma maraqlıdır ki, bu hadisələr ciddi- cəhdlə ictimaiyyətdən, mətbuatdan gizlədilir. Belə hadisələrdən biri bu yaxınlarda Klassik Xalq Cəhbəsi Partiyasında baş verib. Belə ki, KXCP Ali Məclisinin üzvü, partiyanın Ağsu rayon şöbəsində qeydiyyatda olan Elşən Əlisoy (Məmmədov) adı çəkilən rayon şöbəsinin məclisinin qərarı ilə partiya sıralarından xaric olunub. Bu barədə Samir Süleymanov adlı şəxs facebook səhifəsində yazıb. S.Süleymanov iddia edir ki, Elşən Əlisoy partiyadan xaric olunmamışdan bir müddət öncə “Şəhid ailələri haqqında” Qanunu icra etmədiyinə görə İlham Əliyevi məhkəməyə verib və bu barədə məlumat bir sıra aparıcı mətbuat orqanlarında dərc olunub: "Bizi bilgiləndirən mənbənin sözlərinə görə şöbə məclisinin sözü gedən qərarın qəbul olunmasında yetərsay olmayıb. Maraqlı hadisələr qərarın qəbulundan sonra da davam edib. Belə ki, KXCP Ali Məclisinin ötən bazar günü keçirilən sessiyasında bəzi məclis üzvləri məsələnin müzakirəyə çıxarılımasını təklif etsələr də partiyanın sədri Mirmahmud Mirəlioğlu bunun əleyhinə olaraq əksinə Elşən Əlisoyun partiyadan çıxarıldığını əsas gətirib onun məclisi tərk etməsini istəyib. Elşən Əlisoy da məclisi tərk edib. Ağsu cəhbəçisi partiyadan çıxarılması ilə bağlı rayon şöbəsinin qərarından Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət edib. Hazırda məsələ partiyada müzakirə mövzusudur.

Bir müddət öncə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla nəticəsiz və imitasiya xarakterli “dialoq müzakirəsi”- nin alovlu təşəbbüskarlarından və iştirakçılarından olan KXCP sədri M. Mirəlioğlunun İlham Əliyevi məhkəməyə verən cəhbəçinin partiyadan çıxarılmasına dolayısıyla dəstək verməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirir. Mənbənin məlumatına görə Elşən Əlisoy hakimiyyətin sifarişi ilə KXCP-dən uzaqlaşdırılıb ki, bu addımın ardınca onun həbsi də reallaşa bilər.

Məlumat üçün bildirək ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Elşən Əlisoyun atası Qarabağ ugrunda gedən döyüşlərdə şəhid olub. Özü isə 2003- cü ildə keçirilən mitinqlər zamanı polis zorakalığına məruz qalıb və siyasi həbs həyatı yaşayıb. Əvvəllər teleqraf.az, hazırda isə sozçü.az saytının redaktorudur. Milli Şuranın mitinqlərində digər partiya üzvləri ilə birlikdə fəal iştirak edib".

Oxu 801 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.