Tuesday, September 26, 2017

Əfqan Muxtarlı həbs olunaraq Bakıya gətirildi

Bu məqaləni qiymətləndir
(0 səs)
Jurnalist Əfqan Muxtarlı Bakıya gətirilib. 
 
Bu barədə özü vəkil Nemət Kərimliyə zəng edib.
 
Jurnalist hazırda Dövlət Sərhəd Xidmətində saxlanıldığını bildirib. 
 
***
 
Tiflisdə yaşayan jurnalist Əfqan Muxtarlıdan mayın 29-u axşam saatlarından etibarən xəbər yoxdur.
 
Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb. 
 
Onun sözlərinə görə, Əfqan Muxtarlı dünən axşam 19 radələrində dostu Daşğın Ağalarlıdan evə getmək adı ilə ayrılıb, amma sonra ondan xəbər ala bilməyiblər.
 
L.Mustafayevanın bildirdiyinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, beynəlxalq təşkilatlara məlumat verilib. O deyir ki, Əfqan Muxtarlı bir neçə aydır Gürcüstanın paytaxtında mülkigeyimli şəxslər tərəfindən izlənilirdi.
 
Əfqan Muxtarlı uzun illər Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olub. 2 ilə yaxındır ailəsi ilə Tiflisdə yaşayır. Son dövrlər Azərbaycan və Gürcüstan hakimiyyətlərinin Tiflisdə olan azərbaycanlı fəallara qarşı hərəkətlərindən danışır.
 
Həmçinin, Əfqan Muxtarlı "Əliyevlərin Gürcüstandakı biznesi” başlıqlı silsilə araşdırma yazılarının müəlliflərindən biridir. Araşdırmada Azərbaycan prezidenti ailəsinin həmin ölkədəki biznes şəbəkəsindən bəhs edilir.
Oxu 253 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.