Saturday, November 25, 2017

Daha bir jurnalist istintaqa çağırıldı Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Jurnalist Cavid Cabbarlı iyunun 19-da, saat 11-00 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. 

Arqument.Az xəbər verir ki, bu barədə Cavid Cabbarlı feysbukda məlumat yayıb. 

"Bir neçə saat öncə (bayaqdan internet imkanım yox idi) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən müstəntiq Babayev Orxan zəng edib bildirdi ki, 19 iyun 2017-ci il tarxidə saat 11-də idarədə olmalıyam. Müstəntiqin dediyinə görə,  Kanal13 internet televiziyasının Bakı filialının rəhbəri Əziz Orucovun işi ilə əlaqədar dəvət olunuram", - jurnalist bildirib. 

Cavid Cabbarlı xeber.info saytının baş redaktorudur. O, "Kanal-13"də "Sizin tribina" və "Olduğu kimi" rubrikalarının aparıcısı olub. 

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkilləri və müdafiəçiləri Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirib. Onlar deyir ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.

Oxu 822 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.