Qurban Məmmədov: “Hörmətli nazir, durdurun bu qanunsuzluqları …

Bu məqaləni qiymətləndir
(0 səs)

Ramil Usubov 0080rQurban Məmmədov 03 269x300

"… Bu gedişin axırı yaxşı heç nə vəd eləmir” 

Heç kim inciməsin məndən, bu hadisəyə üç gün içində mövqe bildirməyənləri dostluğumdan siləcəyəm. Mənə qorxaq, yaltaq, laqeyd dostlar lazım deyil.
Nifrət, nifrət doğurur.

Mən Daxili İşlər naziri cənab Ramil Usubova səslənirəm:

Hörmətli nazir, durdurun bu qanunsuzluqları.
Bu Vətən, bu Millət bizimdir. Tənqidə dözümlü yanaşmaq lazımdır, deyilən nöqsanları aradan qaldırmağa çalışmaq lazımdır.

Müharibə vəziyyətində olan, torpağı işğal altında olan bir xalqın bir-birilə düşmənçılik etməsi siyasi intihardır.
Göyçay polisinin bu qanunsuz əməllərini dərhal durdurun və bu çirkin “mübarizə üsulu”na son qoyun.
Bu gəncləri Prezidenti təhqir etməyə, ona nifrət etməyə, dövlətindən inciməyə, hakimiyyətinə qarşı düşmən mövqedə durmağa yönəldən sizin polis əməkdaşlarının, harınlamış məmurların, rüşvət içində batan məhkəmələrin, ölkədə mövcud dərəbəylik mühiti yaradanların qanunsuz əməlləridir.
Bir nazir kimi belə mənfi hallara qarşı mübarizə aparmaq Sizin dövləti vəzifənizdir.

Əslində, bu gənclər öz fəaliyyətlərilə, nöqsanları göstərməklə sizə yardım edirlər.
Sizin əməkdaşlar bu hərəkətləri ilə Prezidentə “ayı xidməti” göstərir və ölkədə onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirlər.

Hörmətli Ramil müəllim!

Bu gedişin axırı yaxşı heç nə vəd eləmir.

Biz bu vəziyyətdən yalnız və yalnız əl-ələ verməklə, bir-birimizi sevmək, bir-birimizin qədrini bilməklə çıxa bilərik.
Bir gün Baş Qazı Şah Abbasa məruzə edir ki, sabahkı divanda bir oğru, bir quldur, bir də bir dilənçi yarğılanacaq.
Şah soruşur ki, oğru və quldur aydındır, bəs o dilənçinin nə günahı var?
Qazı deyir:

“Şah sağ olsun, o dilənçi şahı bazar meydanında söyürmüş”.

Şah Abbasın o vaxt verdiyi cavab bizim bu günümüz üçün çox ibrətamizdir:

“Qazı, Şah Abbas nə vaxtdan dilənçilərlə dostluq, yoldaşlıq, ortaqlıq edir ki, onu da söysünlər. Get məni söydürən o məmuru tap və ver divana”.

Hörmətli Nazir!

Siz bu gəncin valideynlərinə qarşı bu hərəkətləri etmək əvəzinə, ölkədə prezidentə qarşı nifrət aşılayan əməllərə, o əməllərin sahiblərinə qarşı mübarizə aparın.
Doğru yol budur.
Anlayışla qarşılayacağınıza və təcili tədbirlər görəcəyinizə ümid edir, öncədən təşəkkürümü bildirirəm.

Oxu 758 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.