Thursday, November 23, 2017

İrandakı seçkilərdə islahatçılar liderdir

Bu məqaləni qiymətləndir
(0 səs)

İranda parlament seçkilərinin yenilənmiş nəticələrinə əsasən 30 lider namizədin hamısı islahatçıdır.

Virtualaz.org İran KİV-lərinə istinadən bildirir ki, seçkilərlə əlaqədar yaradılmış xüsusi qərargahın məlumatına görə, indiyədək 2,63 milyon səs hesablanıb.
Birinci yerdə 1,287 milyon səslə sabiq vitse-prezident Məhəmməd Rəza Arifdir. İkinci yerin sahibi isə 1,115 səslə Əli Mötəharidir.
Qeyd edək ki, İranda parlament seçkilərində 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparır. Parlamentin səlahiyyət müddəti dörd il təşkil edir.
Xobreqan Ekspertlər Şurası seçkilərində isə Tehranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ən çox səs toplamaqla birinci, hazırkı prezidentHəsən Ruhani ikinci yerdədir.
Xobreqan Ekspertlər Şurası seçkilərində diqqət çəkən məqamlardan biri də hökuməti tənqid edən nüfuzlu ruhanilərdən olan Ayətullah Misbah Yəzdinin səs toplaya bilməməsidir.
Onu da qeydedək ki, hələlik İranın Daxili İşlər Nazirliyi seçkilərin tam nəticəsi və əhalinin seçkilərdə iştirak sayını açıqlamayıb.
Oxu 545 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.