Almaniyaya mühacirət etmiş bloqqerin qardaşı təzyiq altında

Bu məqaləni qiymətləndir
(2 səs)

Bir müddət öncə basqılar qarşısında Almaniyaya mühacirət etmək məcburiyyətində qalmış blogger Elmir Şirəliyevin qardaşı Emin Şirəliyev ölkədə siyasi hakimiyyətin basqısı altına düşüb. Belə ki, Avropaya emiqrasiya edən blogger mühacirətdə də fəaliyyətini davam etdirdiyindən ailə üzvləri təzyiq altındadırlar. Bu barədə mediaya blogger özü məlumat verib. “Bu gün səhər qardaşım Emin Şirəliyevin işlədiyi mağazaya mülki geyimli tanımadığı 3 nəfər şəxs daxil olub və onu hədələyiblər. Əsasən hədələr mənim fəaliyətimlə bağlı olduğu üçün şübhə etmirəm ki, məni susdurmaq üçün onu hədəf seçiblər. Ona deyiblər ki, mağazan var, bir tikə çörəyini qazanırsan qardaşına de ki, heç olmasa sənin xətrinə sussun. Yoxsa onun özü üçün də pis olacaq, sizin ailə üçün də. Qardaşım mənim fəaliyyətimin ona heç bir aidiyyəti olmadğını bildirsə də, bu şəxslər "biz sözümüzü dedik, nəticə çıxarmasanız biz nəticə çıxardacağıq" - deyiblər".

Blogger bildirib ki, bu tipli basqılar onu susdura bilməz: Qardaşıma da izah etdim ki, bu mənim yolumdur, mənim vicdanımdır. Mən susa bilmərəm. O, da məni başa düşdüyünü dedi, amma dedi ki, çarəsiz və müdafiəsiz durumdadır". Blogger insanların səsini boğmaq üçün onların ailə üzvlərinə basqı edilməsini "nakişilik" adlandırıb və öz işinə davam edəcəyini bildirib.

Oxu 646 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.