Şeyx Zəkzaki azadlığa çıxacaq

Bu məqaləni qiymətləndir
(1 Səs)

Nigeriyanın Ali Məhkəməsi hazırda həbsdə olan ölkə şiələrinin lideri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının 45 gün ərzində sərbəst buraxılmasına qərar verib. 

Nigeriya İslami Hərəkatına məxsus Twitter istifadəçisi Şeyx İbrahim Zəkzakinin tezliklə azadlığa buraxılacağını təqdiqləyib və onun 45  gün müddətində sərbəst buraxılacağını qeyd edib. 

Bildirilir ki, Nigeriya hökuməti Şeyx Zəkzaki və həyat yoldaşının qalması üçün yer ayıracaq. 

Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü.

Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub.

Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.(mehrnews.com)

Oxu 394 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.