Saturday, November 25, 2017

“Amerika və onun müttəfiqləri istəyirlər ki, bunları şiə radikallığı kimi təqdim etsinlər” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Şeyx doktor Əhməd Ət-Tayyib: "Ayətullah Xamneyi Amerikanın qarşısında möhkəm dayanıb nüvə məsələsində onu diz çökdürəndə gördüm ki, bunlar İslamın iftixarıdır"

Xeber.İnfo-nun verdiyi məlumata görə, İslam aləminin ən qədim və böyük ali təhsil mərkəzlərindən olan Əl-Əzhər Universitetinin rektoru görkəmli İslam alimi doktor Əhməd Ət-Tayyib Misirin “Nil” televiziyasına müsahibə verib. Müsahibədə maraqlı və günümüz üçün çox əhəmiyyətli fikirlər olduğu üçün təqdim edirik.

-Cənab Şeyx, Sizin fikrinizcə şiə əqidəsinin problemi varmı?

-Xeyir, nə problem olacaq? 50 il əvvəl  əl-Əzhər universitetinin rektoru Şeyx Şəltun şiənin digər məzhəblər kimi İslamın beşinci məzhəbi olduğu barədə fətva verdi.

-Bizim övladlarımız şiə əqidəsini qəbul edirlər, bunun qarşısını necə almalıyıq?

-Yaxşı edirlər. Məgər kimsə hənəfi məzhəbindən çıxıb maliki məzhəbini qəbul edirsə, ona nəsə deyirik? Bunlar da dördüncü məzhəbdən beşinci məzhəbə gedirlər.

-Şiələr bizimlə qohum-əqrabadırlar və bizim övladlarımızla ailə qururlar.

-Heç bir problem yoxdur, məzhəblər arası evlənmək azaddır.

-Deyirlər, şiələrin quranı fərqlidir.

-Bu sözlər qarıların xurafatıdır. Şiələrin quranı ilə bizim quranın heç fərqi yoxdur. Hətta yazı üslubları da eynidir.

-Ərəbistandan 32 din alimi şiələrin kafir olmaları barədə fətva verdilər.

-Dünya müsəlmanları üçün ancaq Əl-Əhzər Universiteti fətva verə bilər. Onların fətvası etibarlı sayılmır.

-Şiə və sünni arasındakı ixtilaf nədir?

-Bu ixtilaf xarici siyasətdir və şiə ilə sünni arasında ixtilaf yaratmaq istəyirlər.

-Bir ciddi sualım var. Şiələr Əbubəkr və Öməri qəbul etmirlər, necə müsəlmandırlar?

-  Bəli qəbul etmirlər, məgər Əbubəkrlə Ömərə etiqad etmək İslamın əsaslarındandır? Əbubəkrlə Ömərin hadisəsi tarixi məsələdir. Əqidə qaydaları ilə əlaqəsi yoxdur.

-Şiələr iddia edirlər ki, İmam-Zamanları 1000 il əvvəl doğulub və indi də yaşayır.

-Bəli, bu mümküdür. Niyə mümkün olmasın? Amma bir dəlil yoxdur ki, onların əqidəsini qəbul edək.

-8 yaşlı uşağın İmam olma ehtimalı varmı? Şiələr iddia edirlər ki, 8 yaşlı uşa imam olub

-  Beşikdəki uşaq peyğəmbər olduğu halda 8 yaşlı uşağın imam olması təəccüblü deyil. Baxmayaraq ki, sünnilər bu əqidəni qəbul etmir. Amma bu məsələ İslama ziyan vurmur və onlar müsəlmandırlar.

P.S. İranın Elm və Texnologiya Universitetinin Mexanika Mühəndisliyi Fakültəsinin professoru doktor Şücai Fərd bu müsahibədən sonra deyir: “Bu mənzərə mənə çox təəccüblü gəldi. Doktor Əhməd Ət-Tayyiblə əlaqə saxlayıb ona təşəkkür etmək qərarına gəldim. Telefon danışığında ona dedim: siz şiəni çox yaxşı müdafiə elədiniz. Əgər bir şiə alimi sizin yerinizdə olsaydı bu cür müdaiə edə bilməzdi. Siz hətta Əbubəkrlə Ömərə olan etiqadı İslamdan ayırdınız. Şeyx doktor Əhməd Ət-Tayyib dedi: Ayətullah Xamneyi Amerikanın qarşısında möhkəm dayanıb nüvə məsələsində onu diz çökdürəndə, Seyyid Nəsrulla və Hizbullah sionist regiminin qarşısında durub 33 günlük savaşda İsrail kəmərini qıranda mən gördüm ki, bunlar İslamın itixarıdırlar. Amerika və onun müttəfiqləri istəyirlər ki, bunları şiə radikallığı kimi təqdim etsinlər. “Şiə müsəlman deyil, kafirdir” deməklə bu iftixarı İslam dünyasından uzaqlaşdırmağa çalışırlar. Cavanlarımızın qürur hissi keçirmələri üçün bu iftixarın İslama aid olduğunu çatdırmalıyıq. 8 teleproqram təsis etdik ki, şiənin müsəlman olduğunu, bizdən fərlənmədiyini və İslam məzhəblərindən biri olduğunu deyək”.

Xeber.İnfo

Tərcümə etdi: Cavid Cabbarlı 

Oxu 616 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.