Ukraynada rusiyalı jurnalist güllələnib

Bu məqaləni qiymətləndir
(0 səs)

Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenko güllələnərək qətlə yetirilib.

Xeber.info bu barədə “Tass” agentliyinə istinadən xəbər verir.

Ukrayna polisinin sözçüsü Yaroslav Trakalo jurnalistin xəstəxanaya aparılarkən təcili yardım maşınında öldüyünü bildirib.

O qeyd edib ki, həkimlərin səyinə baxmayaraq jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Sozcünün sözlərinə görə, qətl hadisəsi jurnalistin Kiyevin Dnepr rayonunda qaldığı evdə baş verib: “Həyat yoldaşı hamamdan güllə səslərinə çıxıb və ərini qan içində yerdə uzanan vəziyyətdə görüb. Bundan sonra o, təcili yardım çağırıb. Həkimlər nə qədər etsə də, onun həyatını xilas edə bilməyiblər” – deyə Trakalo əlavə edib.

Rusiya mediasının verdiyi xəbərə görə, Babçenko “Moskovski komsomolets”, “Novaya qazeta” qəzetlərinin hərbi müxbiri işləyib, “Birinci kanal”la əməkdaşlıq edib.

Xeber.info

Oxu 1473 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.