İranlı generaldan Türkiyə ilə bağlı qalmaqallı açıqlama

Bu məqaləni qiymətləndir
(1 Səs)

İranın ali dini liderinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Türkiyə ilə əlaqələrin kəsilməsi lazım olduğunu bildirib. 

Paytaxt Tehranda təşkil olunan "Qərbi Asiyadakı geosiyasi hadisələr" başlığı altında keçirilən tədbirdə çıxış edən general Ankara ilə olan təhlükəsizlik, iqtisadi və siyasi əlaqələrin yenidən nəzərdən keçirilməli olduğunu söyləyib. 

Türkiyənin bəzi Ərəb ölkələrində ABŞ və İsrail ilə əməkdaşlıq etdiyini və onlarla koordinasiyalı bir siyasət yürütdüyünü iddia edən Səfəvi "Ankara ilə əlaqələr yenidən müzakirə olunmalıdır" deyə bildirib. 

Dövlətin yüksək səviyyəli bir çox siyası və hərbi rəsmisinin iştirak etdiyi tədbirdə çıxış edən Səfəvi dövlətin bölgədəki məsələlərlə bağlı hərbi strategiyası ilə yanaşı geniş bir siyasi, iqtisadi və ictimai strategiyanın da olması lazım olduğunu bildirib.(Avropa.info

Oxu 395 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.