Thursday, September 21, 2017

"Rus təyyarələrini vurun!" — Putini şoka salan çıxış

Bu məqaləni qiymətləndir
(1 Səs)

ABŞ prezidentliyinə ən real namizədlərdən biri sayılan milyarder Donald Tramp sensaion bəyanatla çıxış edib.

Ölkə.Az xəbər verir ki, Tramp son zamanlar Baltik dənizində Rusiyaya aid qırıcıların manevr keçən ABŞ hərbi gəmilərinin üzərində dövrə vurmasına münasibət bildirib.

Tramp bildirib ki, Rusiyanın bu hərəkətləri ondan xəbər verir ki, Rusiya və Putin ABŞ və Obamaya zərrə qədər də hörmət etmirlər.

"Obama bu məsələni Rusiya prezidenti Putinlə telefonda müzakirə edəcək. Əgər bu danışıqdan sonra da ruslar öz bildiklərini etsələr, onda onların təyyarələrini dərhal vurmaq lazımdır", deyə həmişə Rusiya ilə yaxşı əlaqələrdən danışan Tramp bu dəfə verdiyi sərt bəyanatla hamını şoka salıb.

Oxu 525 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.