Saturday, November 25, 2017

Ərdoğan İstanbulda danışdı - sensasiya dolu açıqlamalar - 'Məni bombaladılar'; 'Vətənə xəyanət hərəkətidir' - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Türkiyə Prezidenti T. Ərdoğan İstanbula dönüb və dərhal açıqlama verib. O, baş verən hadisəni paralel dövlətin törətdiyini iddia edib və bunu vətənə xəyanət kimi qiymətləndirib. ıprezident deyib ki, biz bu yola başımızı qoyduq. Türkiyə əvvəlki Türkiyə deyil. Kimsə darbe ilə xalqın seçdiyi hökuməti devirə bilməz. Ərdoğan deyib ki, bunu edənlər ən ağır şəkildə cəzalanacaqdır. 

Ərdoğan sensasion açıqlama verib. O, deyib ki, Marmarisdə, tətildə imiş. Oradan çıxar-çıxmaz, həmin yeri bombalayıblar. Ərdoğan deyib ki, prezident olaraq, özünün baş katibini və genelkurmay başkanını girov götürüblər. O, bütün əsgərlərə səslənib, sizlər bizim övladımızsınız, deyib. Xalqa silah doğrultmayın, sizə bu silahı millətiniz verib. Bu yanlışdan tez dönün. Yoxsa bədəlini ödəyəcəksiniz. 

Ərdoğan deyib ki, bu hadisədən istifadə edib, ordunu təmizləyəcəyik. "Bu əməliyyata başladıq, bunu tamamən bitirəcəyik". Ərdoğan deyib ki, proses Pensilvaniyadan idarə olunur. 

Silahlı Qüvvələrin içərsində bunlar bir azınlıq. Bizlər vəzifəmizin başındayıq, bizi xalq seçib, deyib, Ərdoğan. Sonu yaxşı olacaq, deyib, Ərdoğan. O, deyib ki, hökumət iş başındadır və Türkiyəni işğalçılara təslim etməyəcəyik. 

Oxu 1053 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.