Konstitusiya dəyişiklikləri hakim ailənin hüdudsuz səlahiyyət əldə etməsini nəzərdə tutur

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ədalət Yusubov: “100 illik cümhuriyyət təcrübəsi olan Azərbaycanın monarxiya idarəçiliyinə dönüşü yolverilməzdir”

“Son 23 ildə avtoritar düşüncəyə söykənən idarəçilik Azərbaycanda bütün sahələrdə ciddi geriləmə səbəb olmuşdur. İctimai, siyasi, iqtisadi və sair sahələrdə yaranmış problemlərdən qurtulmağın yeganə yolu bütün sahələrdə ciddi islahatların aparılmasını tələb edir” – bu sözləri ADR Hərəkatı sədrinin müavini və KXCP Salyan RŞ-nin sədri Ədalət Yusubov konstision dəyişiklikləri şərh edərkən “Doğru xəbər”-ə deyib.

 Ə.Yusubov hesab edir ki, real islahatlar ölkəmizdə yaşanan ciddi siyasi, sosial, iqtisadi sahələrdə və maliyyə sektorunda yaşanan çatışmazlıqların aradan qaldırılmasına, mütərəqqi beynəlxalq təşkilatlar və demokratik dövlətlərlə münasibətlərimizin normallaşmasına səbəb ola bilər: “Qeyd olunan sahələrdə islahatların aparılmasından əvvəl konstitusiya dəyişiklikləri haqqında verilmiş sərəncamı səbəbsiz və təsadüfi hesab etmək olmaz. Azərbaycanda islahatlar qaçılmazdır. Təklif olunan dəyişikliklər hər şeydən əvvəl hakim ailənin təhlükəsizliyinin və hakimiyyətinin davamlılığının təminatına hesablanıb. Dövlətçılık və millət mənafeyi düşüncəsindən uzaq olan, avtoritar idarəçiliyi özünün hobbisi hesab edən bu rəhbərliyin konstitusiya dəyişiklikləri Azərbaycanda hakim ailənin hakimiyyətin müxtəlif qollarında daha çox təmsil olunmasına, ölkəmizdə qeyd olunan ailənin hüdudsuz səlahiyyət əldə etməsinə və qanunla təsbit olunmayan faktiki monarxiyanın qurulmasını reallaşdırmağı nəzərdə tutur”.

Ə.Yusubov müxalif güclərin bir araya gəlməsi üçün əlverişli zamanın yetişdiyi qənaətindədir:  “Bu quduz düşüncəni durdurmaq üçün bütün müxalif siyasi qüvvələrin, ictimai birliklərin, QHT- nın və müstəqil düşüncə sahibi olan ziyalıların bir araya gələrək, məsələyə münasibət bildirmələrinə, bu istiqamətdə birgə, ardıcıl , prinsipial mübarizə aparmalarına və beynəlxalq ictimaiyyətə müraciət etmələrinə ehtiyac yaranmışdır. 100 illik cümhuriyyət təcrübəsi olan Azərbaycanın monarxiya idarəçiliyinə dönüşü yolverilməzdir”.

Cavad Bədəlov

Oxu 640 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.