Daha bir mitinq iştirakçısı polisə aparıldı

Bu məqaləni qiymətləndir
(1 Səs)

elcin esgerov Milli Şuranın 11 sentyabr 2016-cı il tarixdə təşkil etdiyi mitinqdə iştirak etdiyi üçün   Əskərov Elçin yaşadığı Sumqayıt şəhərində 4-cü polis bölməsinə aparılıb. Bu barədə E.Əskərov özü Xeber.İnfo-a məlumat verib.

 E.Əskərov bildirir ki, sahə müvəkkili yaşadığı ünvana gələrək onu polis bölməsinə   çağırıb: “Dünən özünü sahə müvəkkli kimi təqdim edən bir polis mayoru yaşadığım   ünvana gəlib məni axtardığını deyib. Evdə işdə olduğumu bildiriblər. 4-cü polis bölməsinə gəlsin, deyib, gedib. Evdən zəng vurub dedilər. Mən də işdən icazə alıb, polis bölməsinə getdim. Orada məni sahə müvəkkili Faiq Qafarov adlı polis mayoru otağına çağırdı. Mənə dedi ki, niyə mitinqdə iştirak edirsən? Mən də ölkədəki vəziyyətlə barışmadığımı, saxta ittihamlarla həbslərin olduğunu və referendumun saxta olduğunu dedim. Mənim üstümə qışqırdı və küçə söyüşləri ilə təhqir elədi. Bir də belə etiraz mitinqlərinə qatılacağım təqdirdə həbs olunacağımı bildirdi. Təqribən 3 saat sorğu-sualdan sonra sərbəst buraxdı”.

Qeyd edək ki, mitinqdə iştirak edənləri polis bölmələrinə çağırıb, təhdid edirlər.

Oxu 861 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.