Thursday, September 21, 2017

“SOCAR erməni kilsələrini xalqdan düşünmür” - Partiya sədri Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Əli Əliyev: “Rəsizadə SOCAR-la birlikdə erməni kilsələrini qızdırmağı, isti saxlamağı düşünür, bu xalqı düşünmür?”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yaşayış binalarının qızdırılmasında hava şəraitinin deyil, təqvimin nəzərə alınmasını tənqid edib:   

“Bu il qış tez gəldi. Anomal soyuqlar hətta kurort hesab edilən bölgələri belə ağuşuna alıb. 
Azərbaycanda Nazirlər Kabinetinin qərarına uyğun olaraq, qızdırılma periodu 15 noyabr tarixindən başlayır. Bu dövr üçün nəzərdə tutulmuş işlərə ayrılmış vəsait də məhz bu tarixdən ehtiyat edilir. 
Yaxşı, xalqımızın günahı nədir ki, onu soyuqdan əziyyət çəkməyə məcbur edirlər. Olmazmı ki, onsuz da heç bir işi olmayan Rəsizadə öz qərarına yenidən baxıb, təqvimi 15 gün əvvələ sürüşdürsün? Nədir, bu milləti çörəklə imtahan azlıq edir ki, indi də soyuqla, qışla sınağa çəkirsiniz? Bu hökümət dövlətin vətəndaşları üçündür, yoxsa başqa nə isə üçün? 
Sualımın cavabını bilirəm. Birinci üçün deyil, burası dəqiqdir. Rəsizadə SOCAR-la birlikdə erməni kilsələrini qızdırmağı, isti saxlamağı düşünür, bu xalqı düşünmür? 
Nəyə görə övladlarımız məktəb və universitetlərdə titrəməlidirlər? Onlar erməni keşişləri qədər də yoxdular bu hakimiyyət üçün?Rəsizadəni görən olsa, bu sualı ona versin”.

Oxu 701 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.