Thursday, September 21, 2017

"Prezidentin 1- ci vitse-prezident vəzifəsinə öz arvadını təyin etməsi..."

Bu məqaləni qiymətləndir
(1 Səs)

1-ci vitse-prezidentin təyin olunması ilə bağlı siyasi partiyaların mövqei

21.02. 2017- ci il tarixdə KXCP Qərargahında siyasi partiyaların toplantısı keçirilib.

Sözcu.az-a verilən məlumata görə, Toplantıda Mehriban Əliyevanın 1-ci vitse - prezidenti təyin olunması məsələsinə münasibət bildirilmişdir.

Bu barədə açıqlamada deyilir:

"Prezidentin 1- ci- vitse prezident vəzifəsinə öz həyat yoldaşını təyin etməsi dünyada analoqu olmayan hadisədir, Azərbaycanda ailə -sülalə hakimiyyəti bərqərar ermək cəhdi dir və dövlət quruluşunun respublika olması haqqında konstitusiyanın dəyişdirilməz 7- ci maddəsinin ruhuna və hərfinə daban- dabana ziddir, xalqlar arasında Azərbaycan və Azərbaycan xalqı haqqında heç də müsbət təsəvvürlərin yaratmasına xidmət etmir. Seçilməyən, hətta parlamentdə təsdiq edilməyən 1- c vitse – prezidentin və digər vitse prezidentlərin prezident vəzifəsinin həyata keçirə bilməsi halı hakimiyyətin mənbəyinin xalq olması və seçkilər vasitəsi ilə formalaşması barədə Konstitusiya müddəaları ilə də uyğun deyildir.

Bundan əlavə bu akt yaxın qohumların bir yerdə işləməsinə yol verilməməsi barədə “Korrupsiyaya qarşı mübarizə haqqında AR Qanununun 7- ci maddəsini və bir sıra digər qanunvericilik aktlarını da birbaşa pozulmaqla həyata keçirilmişdir.

Siyasi partiyalar habelə diqqəti ona cəlb edirlər ki, 2016- cı ildə keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişikliklərin prezidentə verdiyi səlahiyyətlərin yalnız 2018- ci il seçkilərində sonra qüvvəyə minməsi barədə geniş yayılmış rəylər vardır və bu məsələyə aydınlıq gətirilmədən haqqında danışılan təyinatın edilməsi hüquqi baxımdan da düzgün sayıla bilməz. Siyasi partiyalar ümid edir və inanırlar ki, demokratik ənənələrə və potensiala malik Azərbaycanda və Azərbaycan cəmiyyətində bu siyasi tendensiya müvəqqətidir və onun zərərli nəticələrini aradan qaldırmaq mümkün olacaqdır.

Toplantıda KXCP, ADP, AXP, Azadlıq, ALDP, VİP, AĞ Parti , BAP sədrləri iştirak edib".

Oxu 1245 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.