“Bu təyinat xalqı daha səfil günə salacaq...” – Elçin Əskərov

Bu məqaləni qiymətləndir
(1 Səs)

İki gün öncə prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edilib. Bu təyinat birmənalı qarşılanmır, ailə hakimiyyətinin davamı və gücləndirilməsi kimi qiymətləndirilir. Mövzu ilə bağlı siyasi fəal Elçin Əskərov fikirlərini bölüşüb.

elcin esgerovE.Əskərov yeni təyinatı Azərbaycanda "Əliyevlər ailəsinin hakimiyyətini gücləndirmək" cəhdi kimi qiymətləndirib: “Ötən il Konstitusiyaya dəyişikləri tənqid edənlər, onların Birinci Ledini Birinci Vitse-Prezident vəzifəsinə gətirmək məqsədilə yaradıldığını söyləsə də, hakim partiya o zaman bunları "şaiyə" adlandırmışdı. Lakin şayiə olmadığı məlum oldu. Hesab edirəm ki, bu təyinat ailə hakimiyyətini daha da möhkəmləndirmək üçün nəzərdə tutulub. Bu təynatda xalqın və dövlətin xeyirinə nəsə demək olmaz. Əksinə xalq daha da səfil günə düşəcək, dövlət isə nüfuzunu itirəcək”.

E.Əskərov hakimiyyətin kadr baxından böhran içində olduğunu vurğulayıb: “Hakimiyyət bu illər ərzində faydalı kadr siyasəti yürüdə bilməyib. Əsas postları tutanlar sovet dövründən qalanlar və Kommunist ideyası ilə formalaşan şəxslərdilər. Kadr fondu xeyli məhduddur. Buna görə də İlham Əliyev ən yaxınlarına müraciət etmək məcburiyyətindədir. Bir gün də siyasi mübarizə aparmadan, atasından hakimiyyəti mənimsəyən İlham Əliyev ölsə, yaxud hakimiyyəti idarə etmək gücünü itirsə, arvadı hakimiyyətin idarəsini əlinə alacaq ki, nəvə Heydərə ötürə bilsin. Bütün olanlar Azərbaycan üçün yaxşı nəsə vəd eləmir”.

Oxu 3118 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.