Saturday, September 23, 2017

VİP qurultaya hazırlaşır

Bu məqaləni qiymətləndir
(1 Səs)

VİP-dən Xeber.İnfo-a verilən məlumata görə, Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədə yaranmş ümumi vəziyyət, partiyanın növbəti qurultayının çağırılması və cari məsələlər müzakirə olunub.

   Birinci məsələ ətrafında çıxış edən VİP sədri Əli Əliyev ötən il keçirilmiş Konstitusiya referendumundan sonra hakimiyyət daxilində baş verən kadr əvəzləmələri və yeni təyinatları perspektiv siyasi proseslər baxımından dəyərləndirib. Ölkənin mühüm tarixi dönəmdə olduğunu qeyd edən Ə.Əliyev VİP-in qarşıdakı mərhələyə yönəlik fəaliyyət istiqammətlərini göstərib.

   VİP Nizamnaməsinnə əsasən, partiyanın növbəti Qurultayının çağırılmasının zəruriliyini diqqətə çatdıran Ə.Əliyev bununla bağlı Təşkilat Komitəsinin yaradılmasının vacibliyini deyib. Siyasi Şura üzvlərinin ətraflı müzakirəsindən sonra Təşkilat Komitəsinin tərkibi seçilib və VİP-in növbəti Qurultayının 2017-ci il mayın 28-də keçirilməsi qərara alınıb.

   İclasın sonunda bəzi cari məsələlərə baxılıb və uğyun qərarlar qəbul edilib.

Oxu 340 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.