“Əliyev hakimiyyəti Avropa üçün də təhlükə mənbəyidir”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Fuad Əkbərov: “Diktatura rejimləri təkcə, öz xalqını və dövlətini geri salmır, ətraf ölkələr və xüsusən əməkdaşlıq etdiyi dövlətlər üçün də təhlükəli hesab olunurlar”

Əliyev hakimiyyəti ümumilikdə dünya üçün, xüsusən Avropa üçün təhlükə mənbəyidir. Azərbaycanda rejimin ömrü uzandıqca, onun korrupsiya və sair yanlış əməlləri ətrafı çirkləndirir. Bu sözləri siyasi fəal Fuad Əkbərov bildirib.

Onun sözlərinə görə, diktatura rejimləri təkcə, öz xalqını və dövlətini geri salmır, ətraf ölkələr və xüsusən əməkdaşlıq etdiyi dövlətlər üçün də təhlükəli hesab olunurlar: “Azərbaycan hakimiyyəti regionun lider dövləti olduğunu iddia edir, yalan statistika ilə xalqı aldatmaqla məşğuldur. Reallıq isə tam fərqlidir. Vətəndaşlar çətin şəraitdə, səfil gündə yaşayır, ilk fürsətdə ölkəni tərk edirlər. Əslində hakimiyyət insanları bir tikə çörəylə sınağa çəkir. Dövlətin sərvətini əxlaqsız əməllərinə sərf edir. Vətəndaşın haqq etdiyi sərvətləri insanların əzilməsi və daha zəzil günə düşməsi üçün xərcləyir. Neft və digər təbii sərvətlərdən əldə etdiyi gəlirləri, talamaqla məşğuldur. Bir müddət əvvəl, bu gəlirlərlə hətta avropalı deputatları ələ almaları barədə biabırçı faktlar üzə çıxdı. Hakimiyyət xalqı və dövləti iqtidarına qurban verməkdə davam edir. Azərbaycan hakimiyyətinin çirkin əməlləri Avropanın ən mötəbər təşkilatına qədər nüfuz edirsə, deməli vəziyyət daha ağırdı. Diktatura bütün ətrafını və əməkdaşlarını məhv edir”.

F.Əkbərov hesab edir ki, Azərbaycan diktaturası zaman-zaman dünya mətbuatının gündəmini zəbt edib: “Hökumət bir fakt göstərə bilməz ki, Azərbaycanı yaxşı mənada dünya gündəminə gətirsin. Ölkə iki halda gündəmə gəlib - ya Qarabağ mövzusunda, ya da hökumətin korrupsiya və bu kimi biabırçı davranışlarıyla. Ailə hakimiyyətinin və bu ailənin yaşı otuza çatmayan nümayəndələrinin Dubayda və digər yerlərdə dəyəri milyonlarla ölçülən mülklərin hesabı kimdən sorulmalıdır? Hər 3 aydan bir Avropanın müxtəlif dövlətlərində Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini ifşa edən materiallar dərc olunur. Lakin bu faktları təkzb edən bir bir açıqlamaya rast gəlinmir. Rejim bu davranışıyla xalq qarşısında özünü hesabatlı bilmir və eyni zamanda faktları təsdiqləyir”.

F.Əkbərov Avropa dövlətlərinə səslənib: “Avropanın nüfuzlu və təsir imkanı olan təşkilatları, ayrı-ayrı dövlətləri dictator İlham Əliyev və onun hakimiyyətilə əlaqələri kəsməlidir. Çünki, Avropa bu rejimlə əməkdaşlıq etdikcə, hakimiyyət çirkin əməllərinə haqq qazandırır və bu da ətrafa daha çox ziyan verməyə başlayır. Hesab edirəmki, Avropa həqiqətən demokratik dəyərlərin Azərbaycanda formalaşmasını istəyirsə, birmənalı olaraq İlham Əliyev diktaturası ilə əməkdaşlığa son qoymalı. Əks halda özü üçün təhlükə yaratmış olacaq. Hər halda Azərbaycan dünyanın bir parçasıdır. Burda baş verənlər digər dövlətlərə təsirsiz ola bilməz”.

Xeber.İnfo

Oxu 541 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.