Saturday, November 25, 2017

Qrosmeyster oyununa “peşka” zehtiyyəti ilə girilməz, cənablar!

Bu məqaləni qiymətləndir
(0 səs)

Sərdar ƏLİBƏYLİ

Yiğişdirin bu komediyani !!!

Şahin Mirzəyev adlı biri Ermənistandan sığınacaq alıb deyillər. İndi hərə bir cür münasibət bildirir, biri söyür, biri qarğış eliyir, biri loyallıqla yanaşır və sair. Adamın jurnalist olduğu bildirilir, deyilənə görə “Tolışi Sədo”nun əməkdaşıdı. Amma bu xəbəri təkzib eliyənlər də var. Lakin bütün bunlar heç önəmli deyil, önəmli olan Bakının göbəyində Eynulla Fətullayevin belə domonstrativ formada erməniləri işə qəbul edərək, guya xalq diplomatiyasi ilə məşğul olduğunu söyləməsi və onların ağzı ilə Ermənistan hakimiyyətini söydürməsi, qaralamasıdı. Qarşı tərəfin cavab tədbirinin olacağını demişdim, buyurun, bu bir, növbətiləri də olacaq, bundan hər kəs əmin olsun. Bu cür oyunları oyuncağa, həm də uşaq oyuncağına çevirmək olmaz. Məsələlər böyüyüb kritik həddi keçmədən bu komediya yığışdırılmalı və hər kəs də ağlını başına top eləməlidi. Eynullanın özbaşına bu oyunlara girdiyini də düşünmək sadəlövh adamların işidi, ama bu cür incə məsələlərə balta təfəkkürünnən yanaşan dövlət rəsmiləri, xususi xidmətlər və QHTmənsubları qarşı həmlələrin olacağını hesablaya bilməliydilər. Hər halda, kim nə deyir-desin, xətadısa, səhvdisə, günahdısa, suçdusa, hər nəmənədisə, buna qərar verməklə işim yox, ama bu cür oyunlara dərhal son verilməli və guya Eynullanın mərhəmətinə sığındığı iddia edilən o erməni qadınlar hansısa üçüncü ölkəyə təhvil verilməklə partiya bitirilməlidi. Qrosmeyster ağlı tələb olunan yerlərə “peşka” zehniyyəti ilə müdaxilə ziyanlı vədişdi, cənablar, çəkinin. İndi bu məmləkətdə bir qarın yeməyə, bir çörək puluna əşhədü-ehtiyacı olan on minlərlə insanlar varkən, bu cür oyunlar oynamaq, sadəcə təhlükəli deyil, çox təhlükəlidi, bunu Ermənistanda da bilillər, erməniyə havadarlıq eliyən ölkələrdə də. Bu qədər zəif yerimiz varkən, Hüseynbala Mirələmov demişkən, ayağımızı yorğanımıza görə uzatmaq zorumluluğumuz var bizim. Belə bir durumda hamıya əyilməz partizan gözü ilə baxmaq, ya da hər kəsin birər partizan olacağını düşünmək də çox yanlış bir şeydu, xülyadı, utopiyadı.   Əks təqdirdə daha naxoş şeylər olacaq, demədi deməyin. !!!

P.S.Hələ bu biri yandan çıxarılan və üzərindən çox ucuz şou yapılan  Lapşin oyununu işin içinə heç qatmaq istəmirəm. Biz bu qədər də  geri zəkalı olmamalıyıq, ola bilmərik yəəəni!!! 

Oxu 458 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.