Katolikos II Qaregin Qarabağ ordusuna 500 min dollar bağışladı - Şeyximizin nəzərinə... Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Aprel döyüşlərindən sonra ermənilər Xankəndində açılmış xüsusi  hesaba 11 mln. dollardan çox pul toplayıb...

Ötən ilin aprel döyüşlərindən sonra Xankəndində açılmış xüsusi hesaba  daxildəki və xaricdəki sadə ermənilər, müəssisə rəhbərləri, xeyriyyəçilər, din xadimləri və s. pul toplamağa başlayıb. Martın 28-i üçün verilən məlumata görə,  1 il ərzində fonda 5 mlrd. 537 mln. 648 min 714 dram (11 mln. 1300 dollar)vəsait yığılıb. Moderator.az  yazır ki, bu barədə “Armenpress”ə açıqlamasında  qondarma rejimin “baş naziri”nin “mətbuat xidməti”nin rəhbəri Artak Beqlaryan məlumat verib. Onun sözlərinə görə, aprel savaşında infrastrukturların, iqtisadi əhəmiyyətli obyektlərin,  ev və şəxsi mülklərin dağıdılması nəticəsində separatçı rejimə  20 mln. dram(təxm. 40 min dollar) məbləğində ziyan dəyib. Göründüyü kimi, Dağlıq Qarabağ ordusuna yardım üçün açılmış hesaba yığılmış vəsait vurulmuş ziyanın dəyərindən  yüz dəfələrlə çoxdur. A.Beqlaryan bildirib ki, toplanmış vəsait ordunun ehtiyaclarına xərclənəcək. 

“Mətbuat katibi” xüsusi hesaba 100 min dollardan çox vəsait köçürən müəssisə və sahibkarların da adını çəkərək onlara minnətdarlığını bildirib. Onlar arasında ən çox pul yatıran “Qazprom Armeniya”dır- 555 mln. dram(təxm. 1mln. 100 min dollar). Fonda birbaşa dollarla vəsait köçürənlər arasında isə aşağıdakı adlar çəkilir: Ermənistanın İnkişafı Təşəbbüsü Xeyriyyə Fondu -1 mln. dollar, “Taşir” Xeyriyyə Fondu -500 min dollar, Müqəddəs Eçmiədzin Kilsəsi -500 min dollar,  bütün ermənilərin katolokosu -500 min dollar,  Tehranın erməni icması – 303500 dollar və s.

P.S. Göründüyü kimi, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə görüşlərində sülhdən dəm vuran bütün ermənilərin katolikosu II Qaregin işğalçı orduya şəxsən yardım etməklə torpaqlarımızın işğalının əsas təşəbbüskarlarından biri olduğunu bir daha təsdiqləyir. Eyni fikri Eçmiədzin kilsəsi  haqqında da demək olar.  Görəsən, Azərbaycanın din xadimləri erməni keşişləri ilə bundan sonrakı görüşlərində hansı məna tapacaqlar?

Oxu 531 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.