Atəşkəsin 24 yaşı tamam oldu

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün, mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 24 ili tamam olur.

Atəşkəslə bağlı təklif o vaxt Rusiyadan gəlib. Azərbaycan və Ermənistan buna razılıq verib. 1994-cü il mayın 12-də bununla bağlı Qırğızıstanda "Bişkek protokolu" ( şəhərin adından götürülüb-R) imzalanıb.

24 il davam edən atəşkəs dövrü ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib.

Bu zaman hər iki tərəfdən onlarla itkilər olub. Azərbaycan Ordusu “Lələtəpə” yüksəkliyini və Tərtər rayonu istiqamətində Talış kəndi ətrafında bəzi mövqeləri geri alıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənizimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətləridir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və "Ümumu dövlət" konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən "Madrid prinsipləri"ni təklif ediblər.

Oxu 501 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.