Alman deputatdan cəbhədəki gərginliklə bağlı - Açıqlama

Bu məqaləni qiymətləndir
(1 Səs)

Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.

 Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir: "Cənubi Qafqazın sabitliyi Almaniya Federativ Respublikası üçün strateji əhəmiyyət daşıyır. Dağlıq Qarabağ regionunda bu yaxınlarda insan tələfatı ilə nəticələnmiş hərbi münaqişənin yenidən alovlanması beynəlxalq ictimaiyyəti məsələnin sülh yolu ilə həllinə sövq etməlidir. Heç bir hərbi qarşıdurma münaqişənin davamlı həllinə gətirə bilməz və münaqişə iştirakçıları atəşkəsə riayət etməlidir. Bundan başqa, Minsk qrupu hər zamankındən daha çox BMT-nin müvafiq qətnamələri və beynəlxalq vasitəçilik qaydalarına hörmət etməklə münaqişəyə son qoyulmasına nail olmağa çağırılır". 

Oxu 685 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.