Almaniya eksperti Qarabağ haqda: “Təcili nəsə etmək lazımdır...”

Bu məqaləni qiymətləndir
(0 səs)

Az sonra Vyanada Suriya və Liviyadakı vəziyyətə hərs edilmiş beynəlxalq konfrans işə başlayacaq. Konfransda 20-yə yaxın ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən 17 ölkənin xarici işlər naziri iştirak edəcək. Sabah da işini davam etdirəcək konfrans çərçivəsində Qarabağ münaqişəsinə dair müzakirələr də nəzərdə tutulub. Artıq Azərbaycan və Ermənistan prezidentləri ABŞ, Fransa və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin vasitəçiliyi ilə müzakirələr aparmaq üçün Vyanadadır.

Virtualaz.org xəbər verir ki, “Huffington Post Deutschland” portalının redaktoru, beynəlxalq məsələlər üzrə ekspert Stefani Lixtenşteyn bu günkü reaksiya məqaləsində Almaniya xarici işlər nazirini də Qarabağ münaqişəsi zonasında gərginliyi azaltmaq üçün Vyanada fəal olmağa çağırıb.

Almaniya hazırda ATƏT-in sədridir və eyni zamanda Minsk Qrupunun üzvü olmaqla münaqişənin nizamlanmasında aparıcı rola malikdir. Müəllif qeyd edir ki, Minsk Qrupu çərçivəsind aparılan danışıqlarda tərəflərin mövqeləri arasında kəskin ziddiyətlərə görə heç bir irəliləyiş əldə edilməyib. Lakin Minsk Qrupunun həmsədrləri də son illər fəaliyyətsizliyə görə kəskin tənqid olunurlar.

“Azərbaycan Fransa, ABŞ və Rusiyanın heç birini neytral hesab etmir. Çünki onların hər üçündə çoxsaylı erməni diasporu yaşayır. Üstəlik Rusiyanın münaqişənin nizamlanmasında və möhkəm sülhün əldə olunmasında dəqiq marağının olduğu məlum deyil. Rusiya regiondakı münaqişələrə böyük təsir imkanlarına malikdir. Rusiyanın münaqişənin yatırılmasında rolu həmişə aparıcı olaraq qalacaq. Çünki Moskva qarşı duran tərəflərə zəruri təsir imkanlarına malikdir”-analitik yazır.

http://i.virtualaz.org/142181_src.jpg" >

Almaniyalı ekspert hesab edir ki, indi münaqişənin nizamlanmasında əlavə vasitəçi haqda düşünmək lazım gəlir. Almaniya Minsk Qrupunun üzvü və ATƏT-in sədri kimi bu kontekstdə mühüm rol oynaya bilər.

Müəllifə görə xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün Moskvaya dəvət etməlidir. Çünki münaqişə tərəfləri arasında gərginliyi azaltmaq üçün vasitəçilik hazırda bir nömrəli vəzifədir. Ştaynmayer məkik diplomatiyasına baş vuraraq Bakı və İrəvan arasında danışıqlar imkanını araşdırmalıdır.

“Ştaynmayerin bunun üçün geniş təcrübəsi var. Çünki Ukrayna böhranının nizamlanması üçün Normandiya qrupunun üzvüdür və Suriyaya dair təmas qrupunda yer alır. Habelə İranın nüvə məsələsinə dair danışıqlarda iştirak edib. Almaniya habelə Minsk Qrupunun tərkibinin yenilənməsi üçün təşəbbüs qaldırmalıdır. Məsələn, vasitəçilik sahəsində böyük təcrübəsi olan İsveçrə bu qrupa daxil edilə bilər. Və nəhayət situasiyanı yerində yaxşılaşdırmaq üçün təcili olaraq nəsə etmək lazımdır”-müəllif yazır.

Stefani Lixtenşteyn bildirir ki, Almaniya xarici işlər naziri tərəflər arasında etimadı möhkəmləndirmək üçün tədbirlər irəli sürüb. Belə mexanizm neçə vaxtdır müzakirə olunur və Ştaynmayer ona əlavələr edib. “Xarici işlər naziri üçün növbəti imkan Vyanada Suriya və Liviyaya dair irimiqyaslı görüşdür. Ştaynmayer bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də diqqətdən qaçırmamalıdır”-ekspert bildirib.

Oxu 447 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.