Thursday, November 23, 2017

Sarkisyan Vyana görüşü barədə danışdı - "Azərbaycan prezidenti məni əmin etdi ki..."

Bu məqaləni qiymətləndir
(0 səs)

Erməni diplomatik heyəti Vyanaya ona görə getmişdi ki, Qarabağ probleminin hər hansı başqa həlli yolunun olub-olmadığını öyrənsin. 

Avropa.info xəbər verir ki, jurnalistlərlə görüşündə bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan verib. 
“Görüşə gedən hər tərəf öz şəxsi məqsədlərini güdürdü. Aydın idi ki, həmsədrlərin də, bizim də, Azərbaycan tərəfinin də öz məqsədləri var. Bizim məqsədimiz danışıqların doğrudanmı dalana dirəndiyini, müharibədən başqa yolun olmadığını, yaxud problemi az itkilərlə həll etməyin mümkünlüyünü müəyyən etmək idi” – Sarkisyan belə deyib.

Ermənistan prezidenti bildirib ki, ümumi götürəndə görüşün nəticələri onu qane edib. Sarkisyanın sözlərinə bəzi şərtlərdən irəli gələrək, detallara toxunmaq zərurəti yoxdur. Ancaq buna baxmayaraq, Azərbaycan prezidenti onu əmin etdi ki, Azərbaycan və şəxsən özü münaqişəni hərbi yolla həll etməyi öz qarşısına məqsəd kimi qoymayıb.

“Siz hamınız yaxşı başa düşürsünüz ki, bütün bu danışıqlar yaxşıdır, amma çox az güvən verir. Bu barədə dəfələrlə söhbətlər aparılsa da, həqiqətdə atəşkəs razılaşmasına illərdir riayət olunmur. Bizim yalnız ehtimallar və proqnozlarla qərar vermək haqqımız yoxdur. Müharibə ən yaxşı həll yolu deyil, ancaq baxaq görək, hadisələr necə inkişaf edir. Hər nəticəyə hazırıq, ancaq arzu olunan budur ki, nəticə sülh olsun” – Ermənistan prezidenti belə deyib.

Serj Sarkisyan təsdiq edib, Ermənistan tərəfi Vyanada yeni görüşlərin və atəşkəs rejimini təftiş edəcək monitorinqlərin keçirilməsini təklif edib. 

Oxu 466 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.