Thursday, November 23, 2017

"Qarabağ münaqişəsinin çözülməsində Rusiyadakı siyasi status-kvonun dəyişməsi lazımdır" Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev prezidentlərin Viyana görüşünü "facebook" səhifəsində şərh edib. Xeber.İnfo partiya sədrinin şərhini təqdim edir:

"Dünən Vyanada Dağlıq Qarabağ məsələsində yenidən dondurma əməliyyatı keçirmək üçün "aidiyyatlı tərəflər" toplanmışdırlar. Əlbəttə ki, toplantıda maraqlarımızı qoruyan yeganə şəxs prezident Əliyev idi.

Beynəlxalq KİV-lərin yaydığı görüntülərdə Kələntərov-Lavrovun Sərkisyanla hırıldaması istənilən azərbaycanlını hiddətləndirməyə bilməz. Yalnız belə meydançalarda, xarici təhlükə qarşısında cəmiyyətin bütövlüyünün vacibliyini dəyərləndirirsən. Lakin daxili vəziyyətimizin real durumunda ilk növbədə iqtidar günahkar olduğundan və bu fərqli mövzu olduğundan dərinləşmirəm.

Biz Rusiyanın daxili siyasi mühitini izləmək zorundayıq. Çünki ərazi bütövlüyümüzün pozulması, inkişafımızın əngəllənməsi, hakimiyyətdəki qrupları vasitəsilə imperiya sürüklənməmiz məhz Rusiya tərəfindən həyata keçirilir. Hər dəfə ölkə dəyişikliyə hazırlaşdıqda Kremlin desantı vəziyyəti tormozlayır. 2005-ci il parlament seçkilərində də, 15-ci il seçkilərində də belə olmuşdu. Ötən il bu missiyanı Sərkisyanla şiniyən soydaşı Kələntərov icra etmişdi.

Piontkovski Putinin ən samballı tənqidçi və təqibçilərindəndir. Onu dinləyin ki, Rusiyanın perspektivini hesablaya bilək. Bizə Dağlıq Qarabağ münaqişəsinin çözülməsində Rusiyadakı siyasi status-kvonun dəyişməsi lazımdır. Müsahibədə bu dəyişikliyi labüd edəcək bir sıra fakt və gedişatlar dəyərləndirilib".

Oxu 578 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.