“Polis əməkdaşları məni qan içində qoyub qaçdılar” - ŞİKAYƏT

Bu məqaləni qiymətləndir
(2 səs)

Camal Seyidli: “Ümid edirəm ki, polisin təhdid və təzyiqlərinə son qoyan tapılacaq”

“Polislərin məni itələmələri nəticəsində sol arxa qabırğam pilləkənin əltutacaq dəmirinə keçdi. Polislər məni qoyub qaçdılar. 3 saylı Sabunçu Şəhər Xəstəxanasında belimə 7 tikiş qoydular. Hadisə ilə bağlı ölkə başçısına qədər şikayət etsək də, baxan olmadı”. Bu cümlələr Camal Seyidlinin Xeber.İnfo-a göndərdiyi şikayət məktubunda yer alıb. C.Seyidli polis tərəfindən dəfələrlə döyüldüyünü, ciddi xəsarət aldığını, səbəbsiz yerə həbs olunduğunu iddia edir. Təzyiq və təqiblərlə üzləşərək, həyatının təhlükədə olduğu barədə dəfələrlə müvafiq orqanlara şikayət etsə də, heç bir nəticənin olmadığını deyir.

C.Seyidlinin şikayət məktubunu təqdim edirik:

“23.07.2014-ci il tarixdə evimdə ailəmlə olduğum zaman Suraxanı polis bölməsinin 3 əmakdaşı gəlib, məni zorla polis bölməsinə aparmaq istədilər. Səbəbini soruşanda, “çox danışma, düş qabağımıza” dedilər. Aramızda mübahisə yarandı, polislərin məni itələməri nəticəsində sol arxa qabırğam pilləkənin əltutacağına keçdi. Dərin yara aldım. Bunu görən polis əməkdaşları məni o vəziyyətdə qoyub, qaçdılar. Təcili yardım avtomobili məni 3 saylı Sabunçu Şəhər Xəstəxanasına çatdırdı. Xəstəxanada belimə 7 tikiş qoydular. Bu hadisə ilə bağlı polisə müraciət elədik. Heç kim şikayətimizə baxmadı. Həmin ilin avqust ayında ölkə başçısının qəbuluna getsək də, ordan da əliboş qayıtdıq. 
 Dəfələrlə polisin belə təzyiq və təhdidləri ilə üzləşirəm. Müvafiq orqanlar şikayətimizə əhəmiyyət verməməklə, həyatım üçün yaranacaq təhlükəni görməzdən gəlirlər. Buna görə də, problemi mətbuat vasitəsi ilə ictimailəşdirmək məcburiyyətində qaldım. Ümid edirəm ki, polisin təhdid və təzyiqlərinə son qoyan tapılacaq”. 

Oxu 1522 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.