Açın qapıları, insan qatili Netanyahu gəlir! - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Qəzza bölgəsi, Fələstin, fələstinli qadın, fələstinli uşaqlar... Gözünüzün qabağına gələn mənzərəni görürəm və bu ağrı çarəsizliyimizin real acısına qatılaraq damarlarıma axır...donuram...

...Toppuş əlləri ilə üzünün qanını silən o, körpənin ürkək baxışları...

...Müsəlman qadınının üstünə itini salan o hissiyatsız qatil...

...Balasını düşmən gülləsindən yaralı qolları ilə qorumağa çalışan o zavallı ana...

...Dağıdılmış, viran qoyulmuş evlərinin xarabalığında oynayan o atasız-anasız uşaqlar. Bu mənzərənin bir rəssamı var-İsrail rejimi...

Min illilər sürəcək qətliamın müəllifi və  hamisi-BMT

Bu əslində dünya ədalətsizliyinin və amansızlığının real görüntüsü idi. Fələstin torpaqlarının 56 faizi 650 min nəfərlik yəhudi xalqına, 44 faizi isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verildi.

Bundan sonra olanlar oldu. Göylər günahsız öldürülən insanların ahından qaralmadı, yerlər körpələrin axıdılan qanından doymadı, hələ də müqəddəs torpaqlara hopur o qan...

Fələstində, Qüdsdə o müqəddəslərin doğulduğu torpaqları qanla suvarıb, günah əkib becərdi İsrail rejimi. Amma bəs olmadı, davam etdi, etməkdədir və...

...Bu bölgədə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 68 illik müharibə daha qanlı təsvirlərlə dünyanı sarsıtmaqdadır. Amma dünya bu dəhşətləri çox susqun şəkildə seyr edir. Hər nə olsa imerialist rejimlərin idarə etdiyi dünyada “kimdir ölən” sualı qoyulmur, “kimdir öldürən” sualı lal sükutla sorulur və...

Əslində Fələstin ərazisində İsrail dövləti yaratmaq Britaniya hökumətinin maraqlarına xidmət edirdi. Odur ki, İngiltərənin xarici işlər naziri olan milliyyətcə yəhudi Artur Balfour 1917-ci ildə yəhudi milyonçusu Rotşildə məktub yazaraq, İngiltərə hökumətinin Fələstində yəhudilər üçün milli dövlətin qurulmasında maraqlı olduğunu bildirdi:

“Cənab Rotşild İngiltərə kökümətinə təqdim etdiyim bəyannamə olduqca xoş qarşılandı. Fələstin torpaqlarında bir yəhudi dövlətinin  qurulması ideyasnda İngiltərə höküməti sizlərə dəstəkləyir.

İngiltərə yəhudi dövləti ideologiyamızı sonuna qədər dəstəkləyir. Bu istəyin reallaşması üçün isə əlindən gələni edəcəkdir. Hörmətlə “Artur Ceyms Balfour”.

Bolferin Deklarasiyası ilə bu ideya daha da sürətləndi.

Yəni II Dünya müharibəsindən sonra BMT ilə səlahiyyət verilənə qədər sionist dövləti faktiki olaraq mövcud deyildi.

Balfour Deklarasiyası 1918-ci ildə Fransa, İtaliya, daha sonra isə ABŞ tərəfindən dəstəkləndi. Deklarasiya Yaxın Şərqdə İsrail dövlətinin qurulması müddətinin ən əhəmiyyətli  hissəsi hesab edilir.

1929-cu ildə qanlı döyüşlər başladı. İlk ağır döyüşdə 133 yəhudi, 110 fələstinli öldü.

Müharibənin başlaması, sona varmaması səbəbini axtarmaq və cavab əldə etmək o qədər də çətin deyil. Yetər ki, İsrail dövlətinin yaradılması prosesinə nəzər salaq; 1897-ci ildə Tedor Herzl (Tedor Herzl-sionizimin qurucusu-qəzetçi. Məşhur “Der Judenstaat” (“Yahudi Dövləti”) kitabının müəllifi) İsveçrədə I Dünya Sionist qurultayını çağırdı. Bu qurultayda başda İngiltərə olmaqla Qərb ölkələri Fələstində İsrail dövlətinin yaradılmasına dəstək verdi.

Bu ideya Almaniyada davam etdirildi. “Yəhudi soyqrımı” ilə... Məqsəd İsrail dövlətini yaratmaq idi. Fləstinlilərin əlindən torpaqlarını aldılar, sonra isə həyatlarını cəhənnəmə çevirdilər. Eynilə yurdsuz ermənilərin vaxtilə bizə sırınıb, sonra isə İrəvanmıza, Qarabağımıza yiyələndikləri kimi...

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın14 -də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.

Bəli, bu tarixçəyə nəzər salmaq kifayət edər ki, Fələstin-İsrail müharibəsinin nəinki başlanma səbəblərini, hətta hansı xəttlə inkişaf edəcəyini dəqiqləşdirəsən.

Bu müharibə bitməyən bir eşqin gerçək acısının ifadəsidir. Acısı isə çox acıdır. Evləri dağılmış, övladları, əzizləri gözləri önündə gülləyə düzülmüş insanların faciəsi qədər...

Bir fələstinlinin üzündəki, gözlərindəki o acının, o əzabın, sevgili əzabın yaşı böyükdür. Quranda-müqəddəs kitabımızda oxuduq o əzabın doğuluşunu.

Bəli, Fələstin də, Yəmən də, İraq da, Liviya da, Suriya da, İran da, Azərbaycan da müqədəsdir. Müqəddəsliyimizi də Kitabımız- Quran dedi bizə. Bu barədə yazımın sonunda danışacam. İndi isə qonağımız haqqında...

İnsan qatili Netanyahu gələndə...

Dekabrın 13 -də İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri gözlənilir.

Bu arada deyim ki, Azərbaycan İsraildən ən çox silah alan ölkələrin siyahısındadır. Elə İsrail də dünyaya ən çox silah satan ölkələrin siyahsında ilk onluqdadır.

Məgər Azərbaycan hökumətini İsrail rejimi ilə birləşdirən silah idxalı və ixracıdırmı? Yox. Amma nədənsə 2 aprel döyüşlərində bəzi media qrumları və dövlət kanalları bu cümləni az qala gözümüzə soxurdular: “Erməniləri İsrail silahları ilə vurduq”. Aha, yerigəlmişkən, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard vəsait xərcləyib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2012-ci ildəki hesabatında Azərbaycanın İsrail rejimindən 1 milyard 600 milyon dollarlıq hərbi sursat aldığını açıqladı.

Hesabatda Azərbaycanın 2008-ci ildən bəri İsrail rejimindən sursat aldığı bildirilir. Bu bazarlıq bu gün də davam edir.

“Strategy Page” saytı  isə 2013-cü ildə Azərbaycana həsr etdiyi məqalədə ölkəmizin bir-iki il ərzində İsraildən və Rusiyadan 5 milyard dollarlıq yeni silah növləri aldığını qeyd edib.

Məqalədə Azərbaycanın öz hərbi büdcəsini 3.7 milyard dollara çatdırdığı, bu pulların təxminən yarısının yeni silahlar alınmasına sərf olunduğu deyilir.

Qeyd edək ki, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatlar və Cənubi Afrika Azərbaycanla silah sazişləri imzalamış digər ölkələrdir. Amma nədənsə mediamız “İsrail silahları ilə vurduq” dedi. Üstəlik, büdcəmizdən bu silahlara ayrılan 22 milyard vəsait də gözə görünmədi.

Rokfellerin məhşur məsəlində deyildiyi kim: Siz mənə bir vicdansız mətbuat verin, mən bəşəriyyəti məhvərindən oynadım.

Sanki İsrail bizə pulsuz silah verib- İran kimi...

İndiki söhbət Qarabağ müharibəsindən və silah yardmından gedir, bu işdə bizə təmannnasız yardım edən qonşu dövlətdən-İran İslam Respublikasından danışmamaq ədalətsizlik olar. Çünki Qarabağ müharibəsinin ən şiddətli məqamlarında bizə İran dövləti yardım etdi.

Lakin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayini illər sonra bu sükutu pozdu. Onun Qarabağla bağlı açıqlaması Ermənistan mediasında bomba effekti verdi. Elə bizim ölkədə də kifayət qədər islamafobiyadan əziyyət çəkənlərimiz var ki, Möhsün Rzayinin açıqlamasını uydurma, yuxu, hətta iftira da adlandırdı. Keçmiş nazirlərdən biri, televiziyada “Şuşa gedərsə, başıma güllə vuracam” vədini verib, vədinə xilaf çıxan pafosu ilə İrəvanı “işğal edən” “qəhrəmanımız” da etirazlara qoşuldu və İranın Azərbaycana yardım etməsi haqqında açıqlamaları iftira adlandırdı.

Bəli, Azərbaycan Respublikasındakı qərbpərəst və anti-İran dairələr kimi bəzi erməni mənbələri də M.Rzayinin açıqlamasına kölgə salmağa cəhd etdilər. Çünki onlar Vahid Azərbaycan ideyası uğrunda şəhid olan SEPAH döyüşçülərinin qəhrəmanlığını tarixdən silməliydilər, bu günki “qəhrəmanları” yaratmaq üçün.

Möhsün Rzayi islamafobların cavabını verdi: “Əslində İran Qarabağda ermənilərə qarşı ön cəbhədə döyüşüb, şəhid verib, Azərbaycan ordusunu milyardlarla dollarlıq silah və hərbi təchizatla təmin edib. Lakin  Azərbaycan Respublikasındakı Qərbə və İsrailə bağlı medialar Qarabağda İranın Azərbaycanı himayə etmədiyini, hətta Ermənistana yardım göstərdiyini iddia edərək, İranı qaralamağa çalışırlar. Belə bir böhtanla İranı müsəlman cəmiyyətində pisləyirlər. Maraqlı burasıdır ki, İranla birlikdə cəbhədə ermənilərə qarşı döyüşən bir çox igid azərbaycanlılar öz ölkəsində yox edilib. Onların bəziləri həbs olunub, bəziləri isə sui-qəsdlərlə öldürülüb”.

İran mediası bu olaylara belə reaksiya verdi: Qarabağ müharibəsinin ilk dövründə “SEPAH” döyüşçülərinin sayəsində Qarabağın 1 qarış torpağı da itirilməyib: “Lakin ABŞ oyunları və Azərbaycanda türklük, millətçilik duyğularının yayılması nəticəsində “SEPAH” bölgədən çıxarıldı. Elə o zamandan Qarabağ addım-addım alınmağa başladı. İran bölgədən çıxarıldıqdan sonra Azərbaycan Qarabağ müharibəsini uduzdu, torpaqlarını itirdi. Daha doğrusu, Qarabağ biriləri tərəfindən satıldı.

https://www.youtube.com/watch?v=OJFylS6AAN8

Qarabağda yaralanan SEPAH döyüşçüləri İrana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunurdu. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Çünki Qarabağ İslam torpağıdır”.

Qarabağ islam torpağıdır: Qüds kimi, Fələstin kimi...

Bəli, Qarabağ islam torpağıdır, Fələstin kimi, Qüds kimi... Ona görə də Qarabağımızda hər gün qan tökülür. Ona görə də Qarabağımız yağı əlindədir. Qüdslə-Qarabağı eyni tale birləşdirir. Qüdslə Qarabağı bizə ağrı şəklində ötürənlərdən biri, İsrailin baş naziri Benyamin Netanyahu  dekabrın 13-də Bakıya gələcək. Qonağa zaval yoxdur. O, qonağdır. Amma qonağımızın kimliyini duyub da onu sevgiylə qarşılamaq mümkünsüzdür.

Qonağımız Benyamin Netanyahu 2014-cü ilin 7 iyulunda Qəzzaya planlaşdırdığı 51 günlük hücum zamanı 2159 insanın ölümündə, 11 mindən çox insanın isə yaralanmasında təqsirkar bilinir. Hətta dünyanın onlarla ölkəsində, o cümlədən İngiltərədə 100 minə yaxın insan Benyamin Netenyahunun həbsi üçün imza toplamışdı. Bu Fələstində illərlə davam edən müsəlman qətliamlarından sadəcə biri idi. Çox maraqlıdır, Bakı islam dünyasının mədəniyyət paytaxtı elan edilir, Bakı İslam Həmrəyliyi Oyunlarına möhtəşəm hazırlıq tədbirləri keçriir,  eyni zamanda da müsəlman qatilinin, islam düşməninin pişvazına hazırlaşır.

Hansı ki, hətta Avropa ölkələri, xristianlar belə Netanyahunu insan qatili elan edir. Azərbaycanda isə durum tamam başqadır. Biz Netanyahunu sevməyə məhkumuq...

Türkiyə ilə İsraili birləşdirən dəyər -İŞİD

Türkiyə prezidenti Ərdoğan bir ara İsraili qatil dövlət adlandırırdı. Ən azından İsrailin “Mavi Mərmərə” damğası var idi. Ərdoğan o zaman Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisində İsrail əsgərlərinin öldürdüyü türkiyəli hərbiçilərin qanını alacağına hayqıraraq söz versə də sonradan neft ətirli İŞİD sevgisi bu vədi unutdurdu.

 Bu gün Ərdoğan İsrailə olan sevgisinin hər ötən gün daha da artdığını hayqırır. Bəli, İŞİD terror təşkilatı Türkiyə ilə İsraili birləşdirən ortaq dəyərdir.

İŞİD terrorçularının hazırda NATO-nun nəzarətində olan Türkiyənin İncirlik Hərbi Hava Bazasında ABŞ –İsrail ordusu tərəfindən təlim keçdiyi də dəfələrlə dünya mediasında yazılıb və dərin müzakirələrə səbəb olub. Eyni zamanda Suriyada, İraqda yaralanan İŞİD terrorçuları İsrail və Türkiyədə müalicə olunaraq, yenidən terror əməliyyatlarında iştirak edirlər.

https://www.youtube.com/watch?v=Xml1id6LBqk

Amma İsrail rejimi İŞİD-i islam aləmini gözdən salmaq və müsəlmanları bir –birinə qırdırmaq üçün sevirsə, Ərdoğan İraq və Suriya nefti üçün sevir.

İsrailin İŞİD sevgisi daha uzaq əsrlərə hesablanmış ideyanın -islamı məhv etməyin tərkib hissəsidir. Ərdoğanın İŞİD sevgisi isə Türkiyəyə ailəlikcə sahiblənmək məqsədi kimi cılız hislərdən başqa bir şey deyil.

Netanyahu Fələstini fələstinlilərdən çox düşünür və ya...

Netanyahunun bu çıxışı az bir zamanda izləmə rekordu qırdı. Bu videoçıxışda fövqaladə heç nə yox idi. Sadəcə o, and içib deyirdi ki, Fələstini fələstinlilərdən daha çox düşünür: “Fələstin xalqı daha yaxşı yaşamı haqq edir və biz də buna çalışırıq”.

Aha, bu Benyamin bu qədər alturist, humanist, demokrat imiş xəbərimiz yox... O zaman xatırlayaq...“Mavi Mərmərə” gəmisinə basqın edən İsrail əsgərlərinə qatil deyən ərəb millət vəkili Hanin Zuabinin səlahiyyətinin azaldılması üçün göstəriş verən bu Benyamin Netanyahu deyildimi?

Zuabi,  “İnsanları öldürən İsrail əsgərləri və İsrail hökuməti üzr istəməlidir” dediyi üçün İsrail dövlət radiosunun xəbərinə görə, baş nazir Benyamin Netanyahu hökumətin hüquq müşaviri ilə telefon danışığında “Zuabi yalanları ilə bütün cizgiləri aşdı. Knessetdə yeri yoxdur” dedi.

Amma Benyamin Netanyahnun maskasız bir çıxışı da var. Əsl Netanyahnun mahiyyəti və məqsədi onun bu cümləsində birləşib: “Bizi fələstinlilər qorxutmur, bizi sünni və şiənin sıx birləşdiyi döyüşkən islam qorxudur”.

Bayaq Qüdsü, Liviyanı, İraqı, İranı, Suriyanı, Azərbaycanı müqəddəs torpaq adlandırdım. Bəli, müqəddəs Kitabımızda müqəddəs döyüşümüzdən yazılmışdı. Bu gün adıçəkilən bu məmləkətlər qan qoxuyur. Bu həqiqi islamın məhv edilməsi uğurunda DÖYÜŞÜN qanıdır.

Qan axıtmayan da isə ideya döyüşü ilə islamı məhv etməyə çalşacaqlar. O zaman zombiləşmiş islamafoblar öz din qardaşlarından üz çevirib islam qatillərini sevəcəklər, onların diqtəsi ilə oturub duracaqlar.

Yerigəlmişkən, dünən hakim, həqiq islamı təbliğ edənlər silsiləsindən növbəti qurban olan ilahiyyatçı alim Elşən Mustafaoğluna 12 il həbs cəzası istəyib. Yəqin 13 il verərlər. Hər halda qonağa hədiyyə etmək bizim qədim adətimizdir.

Müqəddəs Tövratda isə deyilirdi: “Oğruya ortaq olanın düşməni özüdür... (Süleymanın məsəlləri, 29:24)”.

Allaha and olsun ki, DÖYÜŞ taleyimizə yazılıb…

Arzu Abdulla 

https://www.youtube.com/watch?v=S-tyCH0CI9k

https://www.youtube.com/watch?v=ndY4xr7jQ4s

Oxu 982 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.