"İnsan haqları: Qüds və Qarabağ - eyni dərddə" elmi-nəzəri konfrans

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət hərəkatı Bakıda "İnsan haqları: Qüds və Qarabağ - eyni dərddə" elmi-nəzəri konfrans keçirib.

Konfransda ölkənin tanınmış dini, siyasi, ictimai şəxsiyyətlər, partiya rəhbərləri, iqtisadçılar və digər tanınmış ekspertlər, jurnalistlər və ağsaqqallar iştirak edib. 

Quran tilavətindən sonra konfransı giriş sözü ilə Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli "Qüds günü"nün əhəmiyyətindən danışıb və insan haqları carçılarının iddia etdikləri kimi görünmədiklərini vurğulayıb. R.Əhmədli Qarabağın azadlığının Qüdsün azadlığlndan keçdiyini bildirib.

Sonra Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev çıxış edib və bildirb ki, Qüds günü İslam günüdür və bu gündə həqiqi İslam canlanır.                        

Düşmən heç vaxt namaz, oruc və ibadətlərlə müxalif olmayıb, bəlkə bunun üçün şərait yaradıb. İmam Hüseyn (ə) zamanında da ibadət edənlər və namaz qılanlar var idi. İmam isə öz qanı ilə İslamı suvarıb. Onun zəmanəsində məgər ibadət əhli yox idi? Var idi, ancaq çatışmayan məsələlər var idi. İmam Hüseyn (ə) İslamın həqiqətini çatdırmaq üçün özünü fəda etdi. Axirəzzaman hədislərində bu haqda hədislər qeyd olunub. Qüds gününü əhəmiyyəti bundadır ki, həqiqi din və İslam sərhəddini müəyyənləşdirir.  Söhbətinin davamında Qüds gününün əhəmiyyətinə toxunan sədr əvəzi, bu günün əzəmətli keçirilməsi qəsbkar və zalım qüvvələri qıcıqlandırır, çünki bu məsələnin kökündə həqiqət var. Və onlar başa düşür ki, həqiqətlərin üstünü örtməklə bu məsələni gizlədə bilməyəcək. İmam Xomeyni iti siyasi düşüncəsi ilə təxminən 35 il öncə belə bir siyasəti tətbiq etdi ki, bu gün artıq təkcə İslam ölkələrində deyil, qeyri-islami ölkələrdə Qüds günü qeyd edilir.

Qüds günü azadlıqsevərlərin günüdür. Qüds günü məzlumların haqına yetişən günüdür. Azərbaycan xalqı da haqqı tapdalanan xalq kimi, öz etirazınıı zülmkar və qəsbkar rejimlərə  bildirir, və tezliklə işğalda olan torpaqlarımızın işğaldan azad olmasının şahid olmağımızı Allahdan istəyirik.

Konfransda çıxış edən tanınmış ağsaqqal Hacı Hacıağa Nuriyev bildirib ki, Qüds günü Ramazan ayının rüknüdür. Şükürlər olsun ki, biz bu rüknün icrasında iştirak edə bilmişik. H.Nuriyev Azərbaycanda Qüds gününün keçirilməsi və "Qarabağın işğalının Qüdsün işğalının" davamı olduğunu vurğulayıb.                        

H.Nuriyev əlavə edib ki, Qarabağın azadlığını Qüdsün azadlığında görürük. Nə qədər ki, Qüds işğaldadır, işğalçılıq siyasətinin davamında Qarabağ da işğalda qalacaq. Qüds günü zülmə, işğala məruz qalmış  insanların fəryad günüdür.

Daha sonra konfransda çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev bildirib ki, Qüds günü insanların daxilindəki bütlərlə və zalımlarla mübarizə günüdür. Bütün işğallar Qüdslə başlayıb. "İmam Xomeyni (rə) həzrətlərinin günəş işiğı kimi səpdiyi bir toxumdur. Həmin toxumdan mütləq əminamanlıq, sülh və insan sevgisi cücərəcək və nəhayət düşmənlər məğlub olacaq".

O deyib ki, bu gün sionist rejim dünyada siyasi lotuluqla məşğuldur. Qüds günü yeganə gündür ki, bütün düşmənlər bundan qorxur. Qüds gününün sərhədləri günü-gündən genişlənir.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü  İbrahim İbrahimli çıxışında bildirib ki, ümmət və milləti, din və elmi üz-üzə qoyublar. Son illər isə yeni bir proses başlayıb və çıxış yolunu harmoniya və bunların sintezindədir. Yeni əsrdə yeni proses başlayıb. Bu prosesdə islami gəlişmə var. Dünyanın gözləri qarşısında İslam özünü gərçək din kimi təsdiq etmək istiqamətində proseslər gedir. Əminəm ki, dünya gərçəkdən İslamı qəbul edib. İslamın sülh, əminamanlıq dini olduğunu qəbul edəcək. İnşallah bir gün bütün problemlər öz həllini tapacaq.

Daha sonra Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıya söz verilib. O Qüds gününün önəminin elmi müstəvidə müzakirə çıxarılmasının zəruriliyini vurğulayıb və bildirb ki, bu müzakirələr davam etməlidir ki, dəyərlər yaşasın. Qüds günü zərurətdən yarandı. 80-ci illərdə fələstinlilər demək olar ki, ümidsiz bir vəziyyətdə idi. Belə bir zamanda İmam Xomeyni bu günü elan etdi və İslam həmrəyliyi üçün zəmin yaratdı. Çıxış yolu olaraq çox düzgün bir seçim oldu. Qüds həm də Qarabağ günüdür. Bu o deməkdir ki, İslam dövlətləri Qarabağla bağlı Azərbaycana dəstək verməlidir.

Daha sonra konfransda çıxış edənlər Fələstin xalqının bütün siyasi tərəflərinin vəhdətindən danışıb. Qüds və Qarabağın işğaldan azad olmasında müsəlmanların birliyinin zəruriliyini vurğulanıb. 

Oxu 322 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.