Saturday, September 23, 2017

400 min insan qırılandan sonra Qərb "Əsəd hakimiyyətdə qalsın" deyir

Bu məqaləni qiymətləndir
(0 səs)

"The Times" yazır ki, nəhayət Britaniya və onun Qərb müttəfiqləri Suriyada prezident Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər.

Üstəlik Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbuil sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Suriya prezidenti qarşıdan gələn seçkilərdə iştirak edə bilər.

Beləliklə, Avropanın xarici işlər nazirləri Britaniyanın da 2011-ci ildən bəri saxladığı kursdan 180 dərəcə dönmək qərarına gəliblər.
"The Times" vurğulayır ki, bu dönüş Suriyada münaqişə başlanandan bəri 400 min insan məhv olduqdan sonra qəbul edilib. Bu insanların böyük əksəriyyəti Əsəd qüvvələri və müttəfiqlər tərəfindən öldürülüb.

Bu həftə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinə açıq şəkildə deyilib ki, onların Əsədin hakimiyyətdə qalmasını qəbul etməkdən başqa çıxış yolları yoxdur.

Müxalifətə bu da bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışqıların aparılmasında da heç bir məna qalmayıb.
Britaniyanın xarici işlər naziri Boris Johnson bu siyasət dıəyişikliyinə BBC-nin Radio 4 stansiyasına müsahibəsində işarə edib.
"Əlbəttə, bu, tamamilə Suriya xalqının marağındadır ki, Əsəd getsin, - deyib nazir, - Biz də ona deyirdik ki, ilkin şərt onun hakimiyyətdən getməsidir. Biz yenə də deyirik ki, o getməlidir, lakin artıq keçid prosesinin tərkib hissəsi kimi getməldir. Amma eyni zamanda onun demokratik seçkidə iştirak etməsi üçün qapı həmişə açıqdır".

Diplomatlar bildirirlər kİ, həm cənab Johnson-un, həm də Qərbin, siyasəti dəyişməsinə səbəb Suriyanın özündə baş verən hadisələrdir.
"The Times" yazır ki, yeni mövqe həm Britaniyanın müttəfiqləri, həm də müxalifətin regional dəstəkçisi olan güclər tərəfindən dəstəklənir.
Suriya müxalifətinin sözçüsü Yəhya əl-Aridi deyib ki, o, sözdə dəstək verib, əməldə şox az dəstək verən Qərbin mövqeyindən məyus olub.
"Belə görünür ki, maraqlar mənəviyyatdan vacibdir, - deyib sözçü, - Cinayətlər zaman keçdikcə yox olmur".

Başqa bir Qərb mənbəyi isə deyib: "Bizim siyasətimiz praqmatizm və realizmə əsaslanır. Törətdikləri nəzərə alınarsa, Əsəd orada qaldıqca Suriya üçün heç bir sabit və dinc gələcək ola bilməz. Lakin onun orada qalıb-qalmaması bundan sonra danışıqlar üçün ilkin şərt sayılmır".
"The Times" yazır ki, 2011-ci ildə David Cameron-un vaxtından başlanan siyasətin dəyişdirilməsi hökumət üçün böyük pərtlik sayıla bilər.
Bir sıra şərhçilər lap əvvəldən deyirdilər ki, Əsədin danışıqlarda iştirakının istisna edilməsi münaqişəni daha da qızışdıracaq.

"The Times" yazır ki, Əsədə qarşı sərt mövqe onun vəziyyətini möhkəmləndirib və üstəlik Rusiya və İranı da bu münaqişəyə cəlb edib./BBC/

Oxu 190 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.