Cəbhədən son xəbər: ATV-nin əməkdaşı yaralandı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar.

ATV-nin Qarabağ bürosundakı əməkdaşı Hafiz Hüseynin məlumatına görə, iri çaplı silahlarla başlanan atışma sonradan top və ağır silahlara keçib. Tərtərdə cəbhə xəttinə yaxın yaşayış məntəqələri  atəşə məruz qalıb. Dinc sakinlərin yaşadığı Qapanlı, Qaraşdı, Şıxarx, Azad Qaraqoyunlu, Köçərli kəndlərinə mərmirlər düşüb evlərdə dağıntılar olub.

ATV-nin Qarabağ bürosunun ərazidə çəkiliş aparan əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağının yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.

Cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumata əsasən, aprelin 26-sı saat 01.05-dən başlayaraq 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.

Oxu 625 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.