Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli inkişafı
Cəmiyyət
Oxunub: 27
30 Ock 2025 | 15:11
Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli inkişafı

Nəqliyyat dünya iqtisadi proseslərində milli iqtisadiyyatların spesifik sahəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu sahə ayrıca xidmət sektoru kimi hər bir ölkə vətəndaşı, sahibkarlıq və digər fəaliyyət sahələrinin subyektləri ilə ictimai münasibətlər prosesində baş verir. Nəqliyyatın mütəmadi inkişafı əhalinin həyat şəraitinin yaxşılaşmasının təminatı və ümumiyyətlə iqtisadi sahədə bütövlüyün, rəqabətin təminatıdır. Nəqliyyatın inkişafı bəşəriyyətin inkişafı ilə bilavasitə əlaqədar olmuş və eyni zamanda istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Əsaslı struktur islahatları tamamlanmışdır. Ölkə İqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçmiş, bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına, tələbə yönəlik, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb olmuşdur. Nəqliyyatda sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün stimul yaratmışdır.

Vahid nəqliyyat siyasətinin hədəflərindən biri sub sektroların inteqrasiyasından və nəqliyyat xidməti bazarında həm birləşmiş həm də multi-modelli nəqliyyat sistemlərində bacarıqların artırılmasından ibarətdir. Nəqliyyatın artan fərdi çevikliyi, vətəndaşların nəqliyyatla hərəkət etmələri sahəsində hüquqlarının həyata keçirilməsini təmin etməklə yanaşı, həm də Azərbaycan Respublikasının müdafiə potensialının yüksəldilməsi üçün vacibdir.

Nəqliyyat sektorunun əsas rolu artmaqda olan tələbin təmin edilməsindən eyni zamanda, Azərbaycan Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsipləri ilə yanaşı addımlamasıdır. Dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və nəqliyyatın inkişafı sahəsində dövlət tərəfindən müəyyən olunan vəzifələrin müəyyənləşdirilməsini zəruri edir.

Tarixi İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Ölkəmiz enerji və ticarət yollarının kəsişməsində yerləşməsi, inkişaf etmiş infrastrukturu ilə nəqliyyat habına çevrilib. Qədim İpək Yolunun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar ölkəmizin strateji mövqeyə malik olduğundan xəbər verir.

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası bazar iqtisadiyyatına doğru addımlar ataraq seçim etmişdir. O zamandan bəri islahatlar nəqliyyat sektorunun tənzimedici mühitində nəzərə çarpan dərəcədə dəyişikliklərə səbəb olmuş nəqliyyat xidmətlərinə olan tələbə böyük təsir göstərmişdir.

Fətullayev Baloğlan İnkişaf oğlu - Masallı rayon Köhnə Alvadı kənd sakini
Dün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Dün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Dün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Dün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Dün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Dün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib