Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 174
6 Şub 2025 | 14:18
Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH

 
Artıq bir müddətdir ki, erməni mətbuatında baş nazirin qəfildən növbədənkənar seçkilər elan edəcəyi barədə xəbərlər dolaşmaqdadır. Bu da öz növbəsində həm müxalifətin, həm də iqtidarın aktivləşməsinə səbəb olub.

Başda “Hayastan” fraksiyası olmaqla, digər müxalif partiyalar tezbazar dövriyyəyə “Nikol Paşinyanın hakimiyyətdə qalması Ermənistanın bir dövlət kimi mövcudluğunu şübhə altına qoyacaq” tezisini buraxaraq cəmiyyətə qorxu saçmağa, zəif elektoratlarını gücləndirməyə çalışırlar.

Hakim partiyada da çaxnaşma baş verib. “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrin məlumatına görə, Paşinyan bir neçə yaxın silahdaşına növbədənkənar seçkiyə hazırlaşdığını, amma qərarı təkbaşına verməyəcəyini bildirib. O, eyni zamanda deyib ki, hər an fors-major variantlarla hakimiyyəti əldə saxlamağa hamı hazır olmalıdır.

Nikolun bu qərarı təkbaşına verə bilməyəcəyi onun kənardan idarə olunduğu, əsasən Qərb dairələrindən sifariş əsasında hərəkət etdiyini bir daha sübut edir. Elə erməni siyasətçinin ABŞ-yə əvvəlcədən planlaşdırılan dini icmalarla görüşünü də bəzi mənbələr bu məsələ ilə şərh edirlər. Ağ Evin qapısından içəri keçmək, Tramp tərəfindən görüşə dəvət edilmək Paşinyan üçün xülyadan başqa bir şey deyil.
Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH

Eyni zamanda, hələlik onunla heç bir yüksək rütbəli Ştatlar rəsmisi də görüşməyib. Sadəcə, bir-iki senator və konqresmenlə başını qatmaqla, ABŞ-Ermənistan münasibətləri barədə moizələr oxumaqla gününü keçirir.

Maraqlıdır ki, baş nazirin erməni icması ilə görüşü də fiaskoya uğrayıb. Görüşdən foto və videoları paylaşan bir sıra portal və sosial şəbəkə səhifələri Paşinyanı alqışlayan şəxsləri tanımadıqlarını, bu insanların diasporun nüfuzlu şəxsləri olmadıqlarını bildiriblər. Elə Nikolun dini icmalarla görüşə ateist Arsen Torosyanı da aparması başqa bir gülünc mövzudur. O, bu hərəkəti ilə ya dini icmalara, xüsusən də Kilsəyə hörmətsizliyini nümayiş etdirir, ya da Torosyanın Qərbdəki "day-dayılarından" istifadə etmək niyyətini güdür.

Qeyd etmək yerinə düşər ki, USAİD-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) fəaliyyətini dayandırmaq qərarı artıq İrəvanda panikaya səbəb olub. Çünki siyasi fəalların böyük bir qrupu illərdir Amerika proqramlarından qidalanır. Bu vəziyyət Ermənistanın hökumət dairələrini də şoka salıb. Çünki onlar bundan sonra xarici maliyyədən məhrum olanların hədəfinə və maliyyəçisinə çevriləcəklərini başa düşürlər.

Artıq bəzi QHT nümayəndələri deyirlər ki, Ermənistan hökuməti onların itkilərini ödəməlidir və yaxın vaxtlarda onların maliyyələşməsi bərpa olunmasa, bəzi QHT-lərin maliyyə problemlərini hökumət öz üzərinə götürəcək. Vəziyyətin belə olduğu halda güman etmək olar ki, Paşinyan əlavə dərddən qurtulmaq üçün Ştatlarda QHT-ləri üçün dilənçilik fəaliyyətinə də start verəcək, onların maliyyə problemini həll etməyə çalışacaq. Əks halda, onsuz da sosial problemlərlə çalxalanan, hökumətə qarşı hər gün yeni bir cəbhənin yarandığı erməni dövlətində yeni narazı kütlənin ortaya çıxma təhlükəsi var. Seçkilər yaxınlaşdığı üçün belə bir kütlənin yaranması hakimiyyəti əldən vermək istəməyən Paşinyan üçün arzuolunmaz ssenaridir.
Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH

Bəs görəsən, Paşinyan seçkilərə necə hazırlaşır? Bu yaxınlarda hakim partiyanın bəzi üzvlərinin mandatının ləğvi, bir sıra iriranqlı məmurların işdən atılması prosesi davam edə bilərmi? Nəzərə almaq lazımdır ki, paralel olaraq Ermənistanda bəzi keçmiş hərbçilərə, yüksək rütbəli ordu mənsublarına qarşı cinayət işləri açılır. Bu isə əvvəlcədən ordunu neytrallaşdırmaq, vəzifədə qalanlara xatırlatma mesajı sayıla bilər.

Cəza tədbirləri elə hakim partiyadan da yan keçmir. Nikol Paşinyan keçmiş dostu və komanda yoldaşı Edmon Marukyanın həyat yoldaşı Tatev Matinyanı Ermənistan Arbitraj və Vasitəçilik mərkəzinin direktoru vəzifəsindən azad etib. Səbəb isə Marukyanın daim dəstəkçisi olduğu Nikol hakimiyyətinin açıqlamaları və qərarlarına etiraz etməsi olub.

Eyni zamanda, yayılan söhbətlərə görə, baş nazir Qarabağ separatçılarından sayılan Samvel Babayanla kölgə əməkdaşlığını yenidən aktivləşdirib. Məlum olub ki, Babayana tikinti tenderləri üçün müəyyən kvota verilib. Samvel isə bundan istifadə edərək Qarabağ ermənisi olan iş adamlarına məlumat ötürür, tenderlər və ətraflı bilgiləri verir, onların qalib gəlməsini təmin edir.
Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH

Qarabağ ermənisi bunu pul qazanmaq üçün yox, mümkün qədər geniş kütləni öz tərəfinə çəkmək üçün edir. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın “Hayastan” fraksiyasının da Qarabağ erməniləri kartından istifadə edəcəyini nəzərə alsaq, bu, Paşinyan tərəfindən düşünülmüş plandır. Bu yolla Babayan seçkidən əvvəl böyük elektorat qazana və Köçəryanın səs payını azalda bilər. Çünki Samvelin seçkidə iştirak etmək üçün Ermənistan vətəndaşlığı var və qanunla tələb olunan müddətdə bu ölkədə yaşayıb.

Artıq “Hayastan” fraksiyası məsələdən duyuq düşdüyü üçün baş nazirin siyasətinə qarşı, xüsusən də Qarabağ erməniləri ilə bağlı proqramları sərt tənqid atəşinə tutub. Tiqran Abramyan bildirib ki, tezliklə Qarabağ erməniləri üçün ayrılan sosial yardımlar kəsiləcək və ölkədən kütləvi köç dalğası başlayacaq. Bununla da Abramyan ikili vətəndaşlığı olan və seçkilərdə potensial seçici olacaq Qarabağ ermənilərinə “yanınızdayıq, sizin dərdinizə şərikik, sizi unutmamışıq” mesajını verib.

Respublika Partiyası və Daşnaksütyun da seçkilərə görə aktivləşmə fazasına qədəm qoyub. Hər ikisi rusiyayönümlü olan bu partiyalar son dövrlər Paşinyan hakimiyyətini sərt tənqidləri ilə yadda qalıb. Çox güman ki, son vaxtlar Moskva ilə münasibətlərin korlanması, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında gedən diskussiyalar, rusiyalı sərhədçilərin yavaş-yavaş ölkədən çıxarılması fonunda "şimal küləyi"nin sərt əsəcəyinə, onların da üzünə gün doğacağına ümid edirlər.
Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar - Ermənistan seçkilərə hazırlaşır - ŞƏRH

Digər müxalifət partiyaları ilə yanaşı, bu yaxınlarda deputatlıq fəaliyyətinə xitam verilən Akop Aslanyan və Ovik Ağazaryan yeni Vahid Milli Sosialist Partiyasını qurublar. Məlum olub ki, partiyanın təsis qurultayı 8 fevral tarixinə planlaşdırılıb. Ehtimal edilir ki, Ağazaryan və Aslanyan Nikol Paşinyan rejiminin devrilməsi ilə bağlı bəyanatlarla ajiotaj yaratmaq qərarına gələcəklər.

Ovik Ağazaryanın oğlu Hovsep Ağazaryan da bu partiyaya qoşulacaq və üzvü olacaq. Yeri gəlmişkən, atası ilə bağlı hadisələrdən sonra Hovsep İqtisadiyyat Nazirliyindəki işindən qovulub və guya öz xahişi ilə də hakim partiyadan ayrılıb. Eyni zamanda, “Vətəndaş müqaviləsi”ndən xaric edilən İvan Ağazaryan, yəni Ovikin böyük oğlu da yeni partiyaya üzv olmağa hazırlaşır.

Akop və Ovik də boş durmur, qurultaya qədər ictimai-siyasi xadimlərlə görüş keçirirlər. Eyni zamanda, vaxtilə hakim partiyadan xaric edilən, incik olan, düşmən kəsilənləri də sıralarına qatmağı planlaşdırırlar. Bu şəxsləri toplaya bilsələr, hakimiyyət dəyişikliyinə çağırış edəcəkləri ehtimal edilir və seçkilərdə iştirak planları da 8 fevralda açıqlana bilər.

Bir neçə il partiyanın nüfuzlu şəxslərindən olan Aslanyan və Ağazaryanın sürpriz açıqlamalar verəcəkləri, Paşinyanın qəzəbinə səbəb ola biləcək mövzuları müzakirə edəcəklərini ehtimal etmək olar. Nə də olsa, uzun müddət onun yanında olublar və müəyyən sirlərdən xəbərləri var.

Qısacası, Ermənistan hazırda seçki təlatümünü yaşayır və seçkilərə ciddi hazırlaşır. Söyləmək olar ki, bu, erməni dövlətinin tarixində ən vacib və ən qalmaqallı seçki ili olacaq. Çünki Paşinyanın məğlubiyyəti və ya qələbəsi bir çox şeyi kökündən dəyişə bilər. Müxalifət də bunu bildiyi üçün var qüvvəsi ilə seçkilərə hazırlaşır.(Report)
Dün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Dün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Dün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Dün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Dün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Dün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib