Qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsi ilk oxunuşda qəbul edilib
Gündəm / Cəmiyyət
Oxunub: 103
7 Mrt 2025 | 13:19
Qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsi ilk oxunuşda qəbul edilib


Azərbaycan qanunvericiliyindəki 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ifadəsi əlilliyi olan uşaqlar termini ilə əvəz edilir.

Bununla bağlı Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən bir sıra qanunlarda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir.

Qeyd edilib ki, bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.

Həmçinin digər dəyişikliklə əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası dəyişir.

Belə ki, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Dün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Dün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Dün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Dün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Dün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Dün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib