İran yığması Rusiya və Braziliyadan sonra “DC-2018”-ə vəsiqə qazanan üçüncü komanda olub

APA-nın məlumatına görə, Asiya zonası üzrə seçmə qrupda Özbəkistanı 2:0 hesabı ilə məğlub edən İran vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib.

Qeyd edək ki, İran millisi 1978, 1998, 2006 və 2014-ci illərdə dünya çempionatının iştirakçısı olub. 

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Litvada Əfqan Muxtarlıya dəstək aksiyası

Yazan

Müsavat Partiyasının mühacirətdə olan bir qrup üzvü iyunun 12-də Litva parlamenti önündə jurnalist Əfqan Muxtarlının həbsinə etiraz məqsədilə aksiya keçiriblər.

Başlarına qara torba keçirib, əllərində jurnalistin fotolarını tutan aksiyaçılar Ə.Muxtarlıya azadlıq tələb ediblər.

Bu haqda Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin press-relizində bildirilir. Mərkəzin üzvü Azad Həsənovun bildirdiyinə görə, aksiyaçılar Ə.Muxtarlı ilə yanaşı, Azərbaycandakı siyasi məhbus hesab edilən bütün şəxslərin azadlığa buraxılmasını istəyiblər.

Mühacir müsavatçılar maraqlananlara Azərbaycandakı siyasi durum, həbslər barədə bilgi veriblər.

Litva parlamentinin 14 deputatı da ötən həftə Azərbaycan hökumətinə müraciət edərək, Ə.Muxtarlının azad edilməsini istəmişdi.

Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Sabiq səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib.

Sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb.

Əli İnsanov məhkəməyə məktubla müraciət edərək prosesdə iştirak etmək istəmədiyini deyib. Əli İnsanov vəkili Ağaveyis Şahverdi vasitəsilə ərizə göndərərək, məhkəmədə iştirakdan imtina edib. Vəkil sabiq nazirin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi bir sıra şahidlərin dindirilməsini, ekspertizaların keçirilməsini istəyib.

Vəkil deyib ki, Əli İnsanovun xəsarət yetirdiyi iddia olunan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədovla üzləşmə protokolu, sabiq nazirə məxsus olduğu iddia edilən psixotrop tərkibli dərmanlarla bağlı baxış və götürülmə protokolları, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin tərtib etdiyi akt və ekspert rəyi sübutlar siyahısından çıxarılmalıdır. Vəkilin sözlərinə görə, bu sənədlər kobud qanun pozuntusu ilə əldə olunub və sübut kimi qiymətləndirilə bilməz.

Müdafiəçi ekspertizaların təkrar keçirilməsini, əvvəl rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsini istəyib: "Əli İnsanovun müəssisədə cırdığı iddia olunan protokol və içində psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qablar məhkəməyə gətirilib araşdırılmadı. Əgər protokol və şüşə qaba Əli İnsanovun əli dəyibsə, üzərində onun barmaq izləri olmalıydı. Məhkəmədə bu məsələni qaldırsaq da, ekspertiza keçirilmədi. Ona görə də apellyasiya baxışında həmin əşyaların üzərində Əli İnsanovun əl-barmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyirik".

Dövlət ittihamını müdafiə edən prokuror Ceyhun Budaqov vəsatətlərin təmin olunmamasını istəyib. Həmçinin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını təklif edib.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılacağını elan edib. Əli İnsanovun məhkəmədə iştirakına gəlincə isə hakim bildirib ki, istənilən halda, onun saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasına məlumat veriləcək.

Məhkəmə baxışı iyunun 22-nə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.(musavat.com )

Həbsdə olan jurnalist Əziz Orucova ailəsi ilə görüşmək imkanı verilmir

Rakurs TV-nin məlumatına görə, bu barədə Əziz Orucovun vəkili Cavad Cavadov məlumat yayıb. 

Vəkil bu gün(12 iyun) Bakı İstintaq Təcridxanasında Əziz Orucovla görüşdüyünü bildirib. Onun sözlərinə görə, Əziz Orucova "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq telefonla zəng vurmaq, ailəsi ilə görüşmək imkanı verilməyib.

Cavad Cavadov bildirib ki, bununla bağlı təcridxananın rəsmi şəxslərinə müraciət edib:

"Şifahi olaraq bildirildi ki, telefonlar zənglərinə və görüşə qadağa istintaq orqanın qərarı ilə tətbiq olunub, onun əldə edilməsi üçün istintaq orqanına müraciət etməyimizi bildirdilər".

Vəkil hüquqi yollara baş vuracaqlarını bildirib:

"Bununla bağlı rəsmi müraciətlər edəcəyik. Belə qərar vardırsa, bu istər yuxarıda göstərilən qanunun tələblərinə, istərsə də İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir və surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik".

Xatırladaq ki, “Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Mübarək Ramazan ayının ikinci ongünlüyünün bitməsinə 3 gün qaldı. Bu həm də ilin ən dəyərli üç gecəsinin başlanğıcı deməkdir. Əslində ilin ən dəyərli və fəzilətli bir gecəsi var. Lakin bir gecənin üç gecədə gizlənməsi ilə möminlərin daha çox Yarandanla ünsiyyət qurub, savab qazanmaları üçün fürsət yaranır.

Bu gecənin haqqında hətta Qurani Kərim bəhs edir. Barəsində surə belə nazil olan gecənin adı "Qədr”dir. Allah Təala bu gecənin min aydan üstün olduğunu açıq mətnlə deyir: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir” (Qədr surəsi, ayə-3).

Qədr gecəsinin ən üstün tərəflərindən biri də müqəddəs Quranın məhz bu gecədə nazil olmasıdır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!” (Qədr surəsi, ayə-1)

Qədr gecəsi məlum olduğu kimi bir gecədi. Lakin dini mənbələrdə bu gecənin ən azı üç gecədə qeyd olunması tapşırılıb. Daha dəqiq desək, Ramazan ayının 19, 21 və 23-cü gecələri qeyd olunur. Bəzi mənbələrdə sonuncu ongünlüyün bütün tək gecələrinin qeyd olunması tövsiyə olunur. Hədislərdə göstərilir ki, bu gecə Tanrının mərhəmət qapıları açılır, günahların yandırılması üçün ən yaxşı fürsət yaranır. Təbii ki, bu gecənin mahiyyətini dərk edən, bağışlanmağını istəyən, Allahın mərhəmət qalasına daxil olmağa can atan mömin, bir sıra xüsusi əməlləri etməlidir. Allahdan razı olduğu halda, Allahın da ondan razı qalmasına çalışmaq lazımdır. Əks halda Qədr gecəsinin fəzilətindən, dəyərindən il boyu danışsaq da faydası olmayacaq.

Qədr gecəsi bu il iyulun
13-dən 14-ə, 15-dən 16-a17-dən 18-ə keçən gecələrə təsadüf edir. Bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür

Qədr gecəsinin əməlləri:
- Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftə namazlarını həmin qüsuldan sonra qılmaq
- Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)
- Quran oxumaq
- Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salavat göndərmək
- Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə "Fatihə” surəsindən sonra yeddi dəfə "İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.
- Allahumməlğən qətələtəl Əmirəl-möminin - İlahi Əmirəl-möminin Əlini (ə) şəhid edənə lənət et (70 dəfə)
- 100 rükət "Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.
- Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.
- Quranı açıq halda qarşıya qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:
Allahummə inni əsəlukə bi kitabikəl-munzəl və ma fihi və fihismukəl-əkbər və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təcələni min utəqaikə minənnar
(İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən).
- Quranı başa qoyub aşağıdakı duanı oxumaq:
Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ərafu bihəqqikə minkə

(İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur).

Bikə ya Allah! – Özünə xatir, ilahi! (10 dəfə)
Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir! (10 dəfə)
Bi Əliyyin! – Əliyə xatir (10 dəfə)
Bi Fatimətə! – Fatiməyə xatir! (10 dəfə)
Bil-Həsəni! – Həsənə xatir! (10 dəfə)
Bil-Huseyni! – Hüseynə xatir (10 dəfə)
Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir (10 dəfə)
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir (10 dəfə)
Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir (10 dəfə)
Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir (10 dəfə)
Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir (10 dəfə)
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir (10 dəfə)
Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir (10 dəfə)
Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir (10 dəfə)
Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir (10 dəfə)

Sonra Allahdan öz istəklərinizi diləyin.

- İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:
- Cövşən-Kəbir duasını oxumaq.

Bu əməllər xüsusi olaraq Qədr gecəsinə aiddir. Gecənin mahiyyətini anlamaq, ondan faydalanmaq və ən azı İlahi mərhəmət qazanmaq üçün bu əməllər şərtdir. Qeyd edim ki, bu əməllərin ardıcıl edilməsi zəruri deyil. Hər bir insan sərbəst və istədiyi kimi edə bilər. Yetər ki, Yaradanı ilə razu-niyaz edib, dərdlərini Ona anladıb, Ondan yardım diləsin. Sadaladığımız əməllər isə bəndə ilə Tanrı arasında yarana biləcək hər hansı bir ünsiyyətə səbəb ola bilər.

Qədr gecəsi həm də insan müqəddəratının təyin olunduğu gecədir. Hədislərdə göstərilib ki, növbəti bir il məhz bu gecə ilə bağlıdır. Yəni Uca Yaradan insanın bir illik taleyini məhz bu gecədə onun əməllərinə uyğyn olaraq yazır. Daha doğrusu hər insan bu gecədə özünü necə aparmaqla növbəti bir ildə taleyini çözür.

Bu gecənin başqa bir özəlliyi də var - Ramazan ayının 19-cu gecəsində (birinci Qədr gecəsi) dünyanın ən bədbəxt insanı bəşəriyyətin ən fəzilətli şəxslərindən birinə, İmamət səmasının ilk parlaq ulduzuna, Vilayət Şahı, yetimlər atasına qəsd edib.

Hicrətin 40-ci ilində (milad 661-ci il) Ramazan ayının 18-dən 19-a keçən gecə xəvaric kimi tanınan cərəyanın üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm dövrünün xəlifəsi və İmamı Həzrət Əlini (ə) Kufə məscidində sübh namazı vaxtı zəhərli qılıncla başından yaralayıb.

Əziz İslam Peyğəmbərindən sonra bəşərin ən dəyərli şəxsi hesab olunan Həzrət Əli (ə) İbni Mülcəm timsalında 3 dəfə boşadığı dünyanın Ona arxadan vurduğu zərbə nəticəsində Ramazan ayının 20-dən 21-ə keçən gecə (II Qədr gecəsi) gözlərini fəna mülkünə yumdu. Bu gecə həm də tarixin ən böyük xəyanətinə şahidlik edib. Elə buna görə də Qədr gecəsinin əməllərindən biri də məhz budur -Allahumməlğən qətələtəl Əmirəl-möminin - İlahi Əmirəl-möminin Əlini (ə) şəhid edənə lənət et (70 dəfə)

Qədr gecəsini dərk edib, ondan faydalanmaqda Uca Rəbbimin yardımçı olması diləyilə…

1436129694 1

 

 

 

 

 

 

 

 

 

İlahiyyatçı, jurnalist Cavid Cabbarlı

06.07.2015 arqument.az

“Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik”. Bu sözlər blogger Fuad Axundova məxsusdur. F.Axundov hakimiyyəyin siyasətini tənqid etdiyi, söz və ifadə azadlığını müdafiə etdiyi üçün polis tərəfindən təhdid olunduğunu deyir. Hətta ailə üzlərinin də ölümlə hədələndiyini iddia edir. F.Axundov polis tərəfindən döyüldüyünü və ciddi xəsarət aldığını bildirib: “Bu il mayin 19-da məni Baş Polus İdarəsinə apardılar. Məni sorğuya aldılar. Ciddi şəkildə tələb etdilər ki, sosial şəbəkələrdə hakimiyyəti tənqdi edən yazılarımı və statuslarımı yığışdırım. Bildiyiniz kimi tanınmış jurnalist Əfqan Muxtarlı Gürcü polisi tərəindən həbs edilib və Azərbaycana təhvil verilib. Bu hal ölkədəki vəziyyətin necə də acınacaqlı olduğunu göstərir”.

F.Axundov siyasi statuslarına görə polis tərəfindən vəhşicəsinə döyüldüyünü və ciddi xəsarətlər aldığını deyir: “Disput.az saytının siyasət bölümündə ölkədə baş verən məmur və polis özbaşınalığından yazmışdım. Bu ilin iyun ayının 2-də saat 10-da iki nəfər polis əməkdaşı yaşadığım Kürdəxanı qəsəbəsinə gəldi və məndən tələb etdilər ki, polis zorakılığından və məmur özbaşınalığından danışmayım, yazmayım. Buna cavab olaraq dedim ki, prezidentimiz demokratiya elan edib. Söz hüququm var, azad sözümü deyə bilərəm. Bu cavabdan sonra onlar əsəbləşdilər biri məni itələdi və mən yıxıldım, onlar da əlləri və ayaqları ilə məni döydülər. Mən qışqırırdım, səsimə qonşular çıxdılar qonşuları görəndə onlar dayandılar. Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik. Qonşularımdan biri şəkil çəkib. O şəkillər də sübut kimi əlimizdədir

IMG 20170628 WA0039

Bazar ertəsi, 12 İyun 2017 00:00

Seyidin sənədi - Kənan Rövşənoğlu yazır

Yazan

Və ya Masallı axundunun verdiyi vəsiqəin etibarı

Sosial şəbəkələrdə bir vəsiqə şəkli yayılıb. Vəsiqənin bir tərəfindən bir gənc adamın şəkli, üst tərəfdə isə “Seyid Ağa” yazısı və vəsiqənin nömrəsi yazılıB. Yeri gəlmişkən, yazıdan görünür ki, artıq 20 mindən çox belə vəsiqə var.

Digər səhifəsində isə başda “Həqiqətən bu şəxs seyiddir” yazılıb və altdan isə vəsiqəni verən şəxsin ad-soyadı, eləcə də şəxsi möhürü vurulub. Vəsiqəni verən adamın Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov olduğu yazılıb.

Hələlik Mirqiyas Təhməzovun və əməkdaşı olduğu QMİ-nin bu barədə açıqlaması yoxdur. Yəqin ki, olaya bu gün - bazar ertəsi aydınlıq gətiriləcək. Amma bu “indulgensiya” (Orta əsrlərdə kilsənin satdığı “cənnət qəbzləri”) olayı artıq bu şəkillər sosial şəbəkələrdə yayılandan sonra ənənəvi müzakirələr başlayıb. Və təbii ki, hər kəs düşüncəsinə, baxışlarına əsasən tənqid edir, bəziləri burdan çıxış edərək yenə də dini baltalayır. Ancaq bu hadisəyə daha soyuq başla yanaşıb, bəzi məsələlərə aydınlıq gətirmək lazımdır.

Əvvəla, seyid adının partiya və ya dövlət vəsiqəsi şəklində bəlli şəxslərə verilməsi və bunu hansısa bölgə qazısının etməsinin heç bir dini və ya hüquqi əsası yoxdur. Ərəbcədə cənab, ağa mənasını verən “seyyid” (yerli yazılışı seyid) islamiyyətin gəlişindən sonra həm də Məhəmməd Peyğəmbərin nəslindən olanlara verilib. Bəzi mənbələrə görə, nəvəsi İmam Hüseynin (ə) soyundan gələnlərə deyilib.

Ancaq bu ümumi bir qan qohumluğu anlayışı ilə əlaqədardır. Yalnız Cəfəri məzhəbində seyid olanlara bəzi imtiyazlar tanınır. Məsələn, onlara sədəqə haramdır, bunun əvəzinə kasıb seyidlər dini vergi olan “xüms”dan pay alırdılar. Bu isə Quran-Kərimin Ənfal surəsinin 41-ci ayəsinə əsaslanır. “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”

Bu səbəbdən də bu imtiyazdan saxtakarlıqla faydalanmasın deyə seyidliyin müvafiq “şəcərəsi” tutulub. Şəcərə ərəbcədə ağac mənasını verir və seyidliyə iddia edən şəxsin soy kökünün kimlər vasitəsilə imamlara bağlandığını göstərirdi. Bu şəcərəyə müvafiq yerli dövlət qurumlarının təsdiqi də şərt olub. Hətta İran və İraqda bununla bağlı müvafiq arxivlərin olması haqqında iddialar var.

Ancaq göründüyü kimi, bu sənəddə o şəcərədən söhbət getmir, üstəlik, hətta şəcərə olsa belə, QMİ-nin yerli nümayəndəsinin bunu hansı əsasla etməsi məlum deyil. Amma maraqlı olan başqa bir məqam Mirqiyas Təhməzovun ötən həftə Masallı Məhkəməsində verdiyi ifadədir. Məsələ ondadır ki. ötən həftə hazırda həbsdə olan ilahiyyatçı Şeyx Sərdar Babayevin məhkəmə prosesi keçirilib və Mirqiyas Təhməzov da ifadə verib. Qazı həmin məhkəmə prosesində verdiyi ifadəsində Şeyx Sərdarı məsciddə xütbə deməyə özü dəvət etdiyini etiraf edib və eyni zamanda istintaqda onun əleyhinə ifadə verdiyi, yəni həbs olunmasında rolu olduğu da üzə çıxıb. İndi isə bu şəxsin seyidlik vəsiqəsi verdiyi məlum olub.
Yeri gəlmişkən, Masallı məhkəməsində verdiyi ifadəsində Təhməzov “Mənim üçün dövlətin qanunları bütün qanunlardan üstündür” demişdi. Görəsən seyidlik vəsiqəsini hansı qanunlara əsasən verib: dövlət, yoxsa dini?

http://www.mia.az/w261707/share/

Qətər böhranı müsəlman dünyasını faktiki olaraq iki hissəyə bölməkdədir. Müsəlman dövlətlərinin bir qismi Qətərlə münasibətləri kəsmək qərarı verib, Türkiyə, Pakistan kimi dövlətlər isə onu müdafiə etmək üçün buraya hətta qoşun göndəriblər. Bəzi müsəlman dövlətləri isə siyasi bəyanatlarla Qətəri müdafiə ediblər və ya Qətərə qarşı koalisiyaya qoşulmadıqlarını bildiriblər.

Azərbaycan isə hələ ki Qətər məsələsində heç bir rəsmi münasibətini ortaya qoymayıb.

VİP sədri Əli Əliyev bildirdi ki, Azərbaycanın bu məsələdə ehtiyatlı mövqe sərgiləməsi vacibdir. Atılan ehtiyatsız addım ölkəmizi problemlərlə üz-üzə qoya bilər.

Əli Əliyevin fikrincə, Azərbaycan dövləti Qətər məsələsinə qarışmamalıdır: “Türkiyə dövləti böyük dövlətdir. Azərbaycan bu məsələdə Türkiyənin addımını təkrarlaya bilməz. Çünki Türkiyə təkbaşına bu qərarı verməyib. Hadisədən dərhal sonra İranın xarici işlər naziri Türkiyəyə səfər etdi. Mən əminəm ki, Türkiyə bu məsələni həm də Rusiya ilə razılaşdırıb. Türkiyə çox fəal diplomatik addımlar atır. Qətər məsələsi böyük güclərin oynamaq istədiyi oyunla bağlıdır. Azərbaycan isə bu miqyasda dövlət deyil ki, bu məsələlərə qarışsın. Bu məsələdə yalnız diplomatik dəstək vermək olar. Qətərə qarşı qurulan oyun Türkiyənin, İranın prosesə qoşulmaq istəyindən doğur. Hesab edirəm ki, bu böhran ötüb keçəcək. İraq hadisələrindən fərqli olaraq, Türkiyə Ərdoğanın timsalında bu dəfə çox düzgün qərarlar qəbul etdi və bu qərarların hamısı yerində və vaxtında verilən qərarlardır. Azərbaycan isə problemin tezliklə sülhlə yoluna qoyulmasını istədiyini bəyan etməklə kifayətlənməlidir”.(musavat.com)

Ey gözümün nuru imam Həsən, əzablı şəhadətin canımı incidir, ruhumu ağladır. Ağladıqca doğulmazdan qabaq qanıma yeridilən zəhərin acısının şiddətli ağrısı yayılır canıma... ZƏHƏRLƏNMİŞİK...Sizin kimi...Ağrı əzabından qovrulur canımız, Sizin kimi... Biz necə zəhərləndik?

...Anam danışırdı və hər dəfə bu hadisədən qorxurdum. Elə bilirdim ki o zəhər mənim canıma hopub. Elə bilirdim ki, tez-tez boğulmağıma o zəhər səbəb olub.

“Günortaya çıxmışdıq. Pambıqlığın kənarında torpağın üstünə süfrə sərmişdik. Hər kəs evindən gətirdiyini qoymudu ortaya. Əlimizi süfrəyə uzatmamış əyripalan başımızın üstündən o yana bu yana uçdu, göydən yerə ağ duman ələndi elə bil. Əyripalanın pambığa tökdüyü zəhər duman kimi bələdi bizi. Çölün düzündə həkim nə gəzirdi. Qırılıb batdıq...Hamımız zəhərləndik...”

Anam nəql edirdi bunu... O zaman subay olub. Sonra ailə qurdu və 5 uşaq dünyaya gətirdi... Biz doğulan kimi baxıb gördük ki, zəhərlənmişik, özü də  PAMBIQ ZƏHƏRİNDƏN...

O zaman pambıq işi başlayanda bütün yollar bağlanırdı. Hətta doğum sancısı tutan qadınları yolları bağlayan polislər geri qaytarırmış ki, “get günbatandan sonra gəlib doğarsan. Bax beləcə, insanlığı zəhərləyirdilər.

Sonra böyüdükcə daha çox zəhərləndik. Biz hər gün zəhərləndik Ya Həsən!

Uşaqlığımız 10 illik planı 5 ildə yerinə yetirən, keçici qırmızı bayraqları muncuq kimi dalbadal düzən  pambıq ölkəsi Azərbaycanın pambıqçılıq məskəni olan Saatlıda keçdi. Yayın hər səhərini əyripalanların səsinə oyanardıq. Biz kənd uşaqları üçün göydə uçan əyripalan çox maraqlı idi. Amma valideyinlərimiz qışqırıb bizi içəri salırdılar ki, zəhər üstünüzə tökülməsin. Ətraf isə çiskin havanı xatırladır, zəhər damcıları hər yerə səpələnirdi. Bostanda-bağda əlimizi nəyə uzatsaq “əl vurma, zəhərlənərsən” təhdidi bütün uşaqlığımızı zəhərlədi.

Sonra dədəm ədalətli olduğu və haqqı sevdiyinə görə həbs edildi. Ya Həsən, zəhərlənmiş adamın canının çəkdiyi acıları yaşamısız. Bəli, çox incidir, çox ağrıdır. Bizim zəhərlənmiş vücudumuzu atasızlığın qovurduğu həsrət yandırırdı. Bizi də zəhərləmişdilər...

Sonra böyüdük, məktəbə getdik. Musiqi dərsində

“Kür -Araz Ararat dost olub Hayıstan Azərbaycan” mahnısı ilə beynimizi zəhərlədilər.

Böyüklərimizin maraqla baxdığı “Sonuncu aşrım” filmi varıydı. Bir gün maraqlandım, müəllimdən soruşdum o möhtəşəm kişiləri. Müəllim dedi ki, əslində Qəmlo da Kərbəlayi də bizim xalqımızın düşmənidir,onlar qolçomaq olublar. Sonra mənə məktəb kitabxanasından bir kitab göstərdi, dedi apar bu kitabı oxu, biləcəksən Kərbəlayi və Qəmlo kimdir. Kitabın adı “Məhəbbət yanğısı” idi. Romanda deyilirdi ki, xalq ermənilərlə bizim aramıza girmək istəyən Kərbəlayinin qəbrini bu gün də lənətləyir və hər dəfə yanından keçəndə tüpürür bu qəbrə...

Bizi yer üzündən silməkdə olan ermənilərə qan udduran Kərbəlayi də, Qəmlo da beləcə xalq düşməni kimi təqdim edilirdi. Bəli, bizim tariximizi də zəhələmişdilər. Tarix kitabının səhifələrini vərəqlədikcə dilimizə, əllərimizə, beynimizə, qanımıza yayılırdı bu zəhər.

Sonra erməni millətçisi, 1918-ci ildə Azərbaycanı yerlə yeksan edən Stepan Şamuyanı Azərbaycan xalqının dostu, xalq qəhrəmanı kimi sırıdılar bizə. Amma bu Stepan zəhəri nə zəhər idisə təsirini heç nə təmizləyə bilmədi. Bizi bu gün də hər dəqiqə Stepan zəhəri ilə zəhərlənirik.

Canım Sizə fəda Ya imam Həsən! Sizi xanımınız zəhərlədi. Bu olay əslində ailə dəyərlərinə saplanan xəncər idi. Çünki o qatil Cödəni Müaviyyə pulla satın almışdı. Bu gün də ailə dəyərlərimizi belə zəhərləyirlər. Telekanallarda cödələr tüğyan edir, ulduz olur, xalqa nümunə göstərilir, hörmət-izzət sahibinə çevrilirlər. Sizin canınıza yeridilən zəhər bu gün körpələrimizi atasız-anasız qoyur.

Aradan illər ötdü sonra çıxıb televizorda yekə -yekə adını ziyalı qoyan idbarlar dedilər ki, mövsümlər, talelər, sərdarlar, elçinlər, elmanlar, abbaslar və. s. və ilaxır bizim düşmənlərimizdir, agentdir satqındır, müstəqillyimizi istəmir.

Ey İmam Həsən, ey ədalət döyüşünün əziz şəhidi, sizi bir dəfə zəhərlədilər, bizi hər gün, hər saat zəhələyirlər.

Mövsümlərin, talehlərin, sərdarların, elmanların, elçinlərin, döyülərək şəhid edilən sarvanların tək günahı Allahı sevmələridir.

Siz zəhələnmənin verdiyi ağrının əzabını bir neçə an yaşamısız, indi görün biz bütün ömrümüzü bu acı-ağrı ilə necə yaşayırıq.

Məmləkətimizin ac-işsiz gənclərinə yaxşıca pul, imkanlar yaradan şəxslər var. Amma bu pul və imkan tələyə qoyulmuş pendirə bənzəyir. Ac qılınca çapar. Evində ac uşağın, səfalətin eşq evindən qovub kibirə sürüklədiyi qadının qəzəbli sifətinə baxmaqdan yorulmuşlar o pendirə yüyürürlər. Tələni nurçular, PKK-çılar və vəhabilər qurub pusquda gözləyir. Vətənimin gənclərini baxın, beləcə zəhərləyirlər.

Ey İmam Həsən, Sizin mübarək mövludunuz günü bu ölkədə 120-yə yaxın uşağı da zəhərlədilər. Bu kütləvi zəhərlənmənin məhz Sizin mövludunuza təsadüf etməsində mistika axtarmaq zərurəti var...

Hələ ki, 120 uşağın zəhərlənib bu yayın istisində can ağrısından qovrulmasına cavabdehlər susur. Çünki laxlayır, dövlətçiliyimizin sütunları laxlayır. İnsan zəhərlənəndə baş gicəllənir. Bu laxlanma, bu çalxalanma, bu başgicəllənmə, bu gözü qaralma... vallah zəhər artıq işini bitirməkdədir... canım sizə fəda Ey İmam Həsən, zəhərlənmişik, zəhərlənmişik...

Arzu Abdulla

Fəaliyyəti dayandılırılan ANS TV-nin prezidenti Vahid Mustafayevin motosiklet karvanı ötən həftə polis tərəfindən saxlanılıb.

Polis motosikletləri saxlayaraq cərimə meydançasına aparıb, Vahid Mustafayev və dostlarını isə 46 saylı avtobusla yola salıb. Qeyd edək ki, hadisə Nobel prospektində baş verib. Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə, V.Mustafayevin motosiklet karvanı motosiklet qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsilə motosikletlər cərimə meydançasına aparılıb.

6 -dən səhifə 145