"125-lər"in sabiq sədr müavinindən YAP-ın namizədinə dəstək

Bu məqaləni qiymətləndir
(1 Səs)

“125-lər” Siyasi Klubunun sədr müavini olmuş, hüquqşünas Günel Səfərova öz facebook səhifəsində 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək təkrar seçkilərdə dəstəklədiyi namizədi tərəfdarlarına bəyan edib.

Günel Səfərovanın statusunu təqdim edirik:

"Seçki hər bir ölkənin tarixində ciddi imtahandır. 18 iyun 2016-ci ildə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər keçiriləcək.

Agdaş rayonu ilə sıx əlaqəmin olmasına, uzun müddət layihələr icra etməyimə və regiondan çoxlu dostlarımın, dəstək qrupumun, qohumlarımın olmasına rəğmən seçkilərdə iştirak etmədim. Baxmayaraq ki, bəzi qruplar cəmiyyətə və dostlara fərqli informasiyalar ötürməklə məşğuldur. Amma seçkidə iştirak etməməyimin səbəbi var. YAP tərəfindən namizəliyi irəli sürülən Cavid Osmanova seçkilərdə dəstək verirəm və bir gənc kimi onun təmsil etdiyi rayona daha çox töhvə verəcəyi qənaətindəyəm.

Agdaşda yaşayan qohumlarım, dostlarım, tələbələrim və tanıdığım insanların əksəriyyəti onun haqqında yalnız müsbət danışır. O rayonu daha yaxşı tanıyır, yerli sakinlərin problemlərinə bələddi. Əksəriyyət kimi mən də inanıram ki, Cavid Osmanov Ağdaş üçün daha çox iş görəcək. Seçkilərdə Cavid müəllimə uğurlar arzulayıram!"

Oxu 351 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.