Tuesday, November 21, 2017

İlham Əliyev MDB-nin iclasında iştirak edəcək

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının bu gün Bişkekdə keçiriləcək iclasında iştirak edəcək.

Report xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib.

"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq. Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir", - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

İclasda dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılır.

Oxu 431 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.