Azad Əliyevin nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır
Cəmiyyət
Oxunub: 0
28 Ekm 2023 | 10:17
Azad Əliyevin nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır

Azərbaycan xalqı tarixən mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağı bacaran və s. kimi göstəriciləri özündə cəmləşdirən övladlarının qürurlu adları ilə fəxr edib, onların atdıqları addımları yaddaşlarda saxlayıb və həmin övladların adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, yaxın-uzaq tariximizin hər bir dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə oğul və qızlarımız olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Bu belə olub, yəqin ki, bundan sonra da belə olacaq.

Çünki, dünyanın bir çox xalqlarında olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübut edən göstəricilərdir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Belə bir göstəriciləri özlərində cəmləşdirənlər nəcib işlər gördüklərinə görə sevilirlərsə, onların boya-başa çatdıqları torpağı təmsil edənlər isə, daha çox sevinirlər, daha çox qürur hissi keçirirlər. Çox vaxt belə bir hisslər ümumxalq xarakteri daşıyır və xalq öz sevimli övladlarının qürurlu adları ilə fəxr edirlər. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdi.

Azad Əliyevin xeyirxah əməllərinin, böyüklüyünü, atdığı addımlarının, verdiyi məsləhətlərinin, insanlara qarşı münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən hörmət və ehtiramın nəticəsidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi gördüyü işlərdə nəyinki yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Hər kəsə bəllidir ki, Azad Əliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub

Azad Əliyevin vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ümumiyyətlə, Azad Əliyevin xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyəti onu göstərir ki, hal-hazırda hər kəsin bu şəxsə qarşı xüsusi rəğbəti, sonsuz məhəbbət hissi var. Düzdür, hər bir bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı tanınmış ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuza malik olan insanlar var. Amma, onu da etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onlar hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərin sahib olduqları və milyonlarla dəyərləndirilən var–dövlətləri, hətta malik olduqları nüfuzları və s. çox zaman onların şəxsi məqsədlərinin həllinə yönəldilir. Belə insanlardan tamamilə fərqlənən Azad Əliyev isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan şəxs olaraq tanınır və qəbul edilir. O, əslində əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, "sönməz məşəldir”. Unutmaq olmaz ki, Azad Əliyevin fəaliyyəti hər zaman göz önündə olub, geniş ictimaiyyəti tərəfindən daim qiymətləndirilib. Azad Əliyev - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Azad Əliyev camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Hal-hazırda respublikamızda hər kəs Azad Əliyevun qürurlu adı ilə öyünür, onunla iftixar hissi keçirirlər. Çünki, bu şəxs indiyə kimi xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz qoyub ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bu gün o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi bir şəxsdir. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Azad Əliyevin adı el-oba arasında dillər əzbəridir. Qeyd edək ki, kim onu hansı tədbirdə, hansısa ünvanda görürsə daxilən sevinir, bu şəxsə qarşı olan hörmət-izzətini bildirməyi də gizlətmir. Bəli, belə bir münasibətin varlığı onu göstərir ki, Azad Əliyev böyük şəxsdir, hər kəs üçün örnək ola biləcək bir ziyalıdır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olmasından xəbər verir. Hal-hazırda Azad Əliyev daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Azad Əliyev, hazırda elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazanmağı bacarır. Ən əsası, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, bu şəxsin heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Azad Əliyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidə və amala sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. Bundan əlavə,Azad Əliyev yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, bu şəxs istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Belə ki, bu şəxs hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutaraq lazımi addımlarını atır.

Faktdır ki, xarakterik xüsusiyyətində sadəliyi sevən, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibət nümayiş etdirməyi bacaran Azad Əliyev, bu gün də insanlara lazımi səviyyədə diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində mümkün olan köməkliyini də göstərir. Bu şəxs ona həvalə olunan hər bir işin öhdəsindən yüksək səviyyədə gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, hörmətli Azad Əliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Azad Əliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, və şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, heç bu sayt rəhbərləri Azad Əliyevin adını belə düz bilmirlər. Həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Azad Əliyevi nüfuzdan salmağa çalışırlar.

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Azad Əliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. O halın varlığını da qeyd edək ki, bugünədək Azad Əliyevin əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurlardır. Faktdır ki, bu gün qarşımızda daha böyük məqsədlər, strateji amallar durur ki, bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Əgər vəzifə sahibi olan hər kəs üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, o halda nəinki ümumi məqsədlərimizin həllinə, hətta dünyaya şölə saçan doğma Azərbaycanımızın daha da şan-şöhrət tapmasına nail ola bilərik. Bəli, bu günün özü də bir tarixdir. Əgər vəzifə sahibi olan hər kəs xalqı, dövləti üçün çalışarsa, potensialını bu yöndə səfərbər edərsə, deməli həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini də alacaq.

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı