Günün qoroskopu: Şansları əldən verməyin

Qoç - liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı göstərin. Öz işlərinizi qaydaya salmaqla yanaşı, başqalarının problemlərini də həll edə bilərsiniz. Diskussiyalarda qətiyyətli olun. Ətrafınızdakı insanlar sizi dinləyəcək, anlamağa çalışacaqlar.
Günün ikinci yarısında romantik görüş ehtimalı yüksəkdir. Aktiv, nikbin olun. Əks cins mənsubu ilə qayğıkeş davranın. Ciddi münasibətlərin başlanmasını istəyirsinizsə, məqsədyönlü və iradəli davranın.
Buğa - ailə üzvləri ilə fikir ayrılıqları yarana bilər. Dəyər verdiyiniz insanlarla sərt, aqressiv danışmayın. Həddən artıq kritik olmayın. Ətrafınızdakı insanlar qarşısında ağır şərtlər və tələblər qoymayın. Münasibətlərdə köklü dəyişikliklər etmək zamanı deyil.
Günün ikinci yarısında qısqanclıq, umu-küsü ilə qarşılaşacaqsınız.
Mənfi emosiyalarınızı üzə çıxarmayın. Hirsli və qıcıqlı olmayın. Təmkinli davranış bir sıra münaqişələrin qarşısını alacaq. Sənədlərlə iş zamanı həddən artıq diqqətli olun. Ən kiçik səhv baha başa gələ bilər.
Əkizlər - ünsiyyət və müzakirələr üçün əlverişli zamandır. Danışıqlarla müzakirələrdə qarşı tərəfin gizli istəkləri və əsl niyyətini anlamağa çalışın. Küsənləri barışdırın. Yaxınlarınıza məsləhətlər verin, qarşıdurmadan yayınmanın yollarını göstərin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək.
Yeni biliklər və informasiya əldə etməyə can atın. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz az sonra yaxşı nəticələr əldə olunacaq.
Xərçəng - səmimi, nikbin və gülərüz olmata çalışın. Yaxın ətrafınızdakkı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin.
Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Şir - uzunmüddətli planlar hazırlamaq olar. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklər etmək zamanıdır. Təxəyyülünüzü işə salın. İmkan və bacarıqlarınızı reallaşdırın. Ətrafdakı insanların çətin saydıqları problemi həll etmək iqtidarındasınız.
Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq olar. İndiyədək əla bələd olduğunuzu düşündüyünüz insanın tam yeni məziyyətini aşkarlayacaqsınız. Hər şeyə rəğmən, özünüzü əmin hiss edin. Səhhətinizə fikir verin.
Axşam saatlarında zökəm riski var. Tamahın qulu olmayın.
Qız - başqalarının vədlərinə görə məsuliyyət daşımayın. Həmin adamların probelmlərini həll etməyə çalışsanız, xeyli vaxtınız hədər gedəcək. Üstəlik, hər hansı formada minnətdarlıq eşitməyəcəksiniz. Sayıq və konkret danışın.
Günün ikinci yarısında bütün çətinliklərin yükünü çəkmək istəmirsinizsə, "yox" deməyi bacarın.
Axşam saatlarında dostlarla birlikdə istirahət edin. Birgə əyləncə pozitiv emosiyalar bəxş edəcək.
Tərəzi - macəra və avantüralar aramayın. Ehtiyatlı olun. Yeni tanışlara dərhal etibar etməyin. Əks təqdirdə az sonra təəssüflənə bilərsiniz. Özünüzlə yanaşı, başqalarının durumunu obyektiv dəyərləndirin. Belədə qarşılıqlı anlaşmaya daha tez nail ola bilərsiniz.
Günün ikinci yarısında deyilənlərə inanmayın. Sizi aldatmağa çalışan, yanlış məlumat verən insanlar var.
Səfərə və ya gəzintiyə yollanmaq məsləhət deyil. Diqqətli olun. Özünüzü çox yormayın. Qüvvənizi bərpa edin, bir qədər tək qalın.
Əqrəb - adi günlərdən fərqli olaraq daha tələbkar davranın. Yaxınlarınız və ya qohumlarınızdan birinin kiçik səhvi sizi təbdən çıxarmasın. Emosiyalara qapılmayın, hisslərinizi nümayiş etdirməyin. Bu dünyada heç nə ideal deyil. Siz də səhvlər edirsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanı hədiyyə və ya sürprizlə sevindirin. O da sizə müsbət emosiyalar verməyə çalışacaq. Alış-verişə yollanmaq olar. Yaşam arealınızı daha komfortlu edəcək əşyalar almaq olar.
Oxatan - əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Təxəyyülünüzdən bəhrələnin.
Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. Maraq və mövqeyinizi bölüşən insanlarla tanışlıq istisna deyil.
Oğlaq - aktiv, məqsədyönlü və qətiyyətli çalışın. Diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə baxaraq ruhlanacaqlar. Mürəkkəb işlərə həddən ziyadə vaxt ayırmayın. Yorğunluq əhvalınıza pis təsir edərək sizdə qıcıq və aqressiya yarada bilər.
Günün ikinci yarısında situsiyada müsbət dəyişikliklər olacaq. Yaranan imkanlardan bəhrələnin. Şansları əldən verməyin.
Dolça - münasibətlərin qaydaya salınması və yeni əlaqələrin qurulması üçün əlverişli zamandır. Ən müxtəlif insanlarla təmaslarda olacaqsınız. Nikbin və qətiyyətli olun. Layihələri planlaşdırarkən ən kiçik təfərrüatları nəzərə alın. Köhnə tanışlardan biri ilə əlaqələri bərpa edin.
Günün ikinci yarısınla təşəbbüskar olun. İdeyalarınızı açıqlamaqdan çəkinməyin. Ünsiyyət çevrənizi genişləndirin. Amma zərurət olmadan məsləhətlər verməyin.
Balıqlar - problemlərin həllinə yaradıcı yanaşın. Yaxın ətrafınızdakı insanların sizi dəstəkləməyəcəklərinə hazır olun. Sərt tənqidlər eşidəcəksiniz. İrad və tənqidlərə aqressiv reaksiya nümayiş etdirməyin.
Belə davransanız, münaqişə və qarşıdurmalar yarana bilər.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Əsas məsələ emosional müvazinətdir. Nikbin və qətiyyətli olsanız, uğur əldə edəcəksiniz.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı