“Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi”
Elməddin Bağıyev
Orbita MTK-nın meneceri
“İşğalçı Ermənistan 30 il ərzində doğma torpaqlarımızı işğal altında saxlamaqla bərabər, vaxtaşırı təxribatlar törətməkdən heç çəkinmədi. Mənfur düşmənin silahlı qüvvələri ölkəmizə qarşı təxribat törədərək, hərbi obyektləri, eyni zamanda, mülki əhalini hədəfə aldı. İllərlə davam edən danışıqlar təəssüf ki, heç bir nəticə vermədi.
Beləliklə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qeyd edim ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
Məhz, bütün bunlardan sonra Rəşadətli Ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı düşmən tapdağından xilas etməyə başladı.
Tarixi II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Elə Şəhidlərimizin qisası döyüş meydanında alındı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ məhz, döyüş meydanında təmin etdi. Düşmənin hərbi birləşmələrinin işğal etdiyi və 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları böyük Zəfərlə azad edildi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütüvlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Bəli,
vaxtilə işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması, əlbəttə ki, bütün dövrlərdə cənab Prezidentin uğurlu dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olmuşdu və buna da böyük müvəffəqiyyətlə nail oldu.
Hər zaman danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan dövləti bütün bunlarla bərabər, dayanıqlı, güclü ordu yaradırdı. Ümummilli Liderin hakimiyyəti dövründə olduğu kimi, Ordu quruculuğu hər zaman Ali Baş Komandan İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Sözsüz ki, bütün bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Fəxrlə qeyd edə bilərəm ki, Ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Eyni zamanda, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması dövlətimizin hərbi qüdrətini artırdı. Bütün bu uğurların ən ümdə və unudulmaz nəticəsini məhz, Böyük Zəfərlə bitən II Qarabağ müharibəsində gördük.
Bəli, bunlarla yanaşı, ölkəmiz son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bugün, dünyanın aparıcı beynəlxalq sərgilərində ölkəmizin hərbi məhsulları nümayiş olunur. Təbii ki, bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Hər zaman olduğu kimi, bugün də Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Heç şübhəsiz ölkəmiz öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Milli Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Həmçinin hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələrini genişləndirir, tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuş beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.
Hər bir halda, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan dövləti transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb. Ölkəmiz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib edib. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, eyni zamanda, bütün Türk dünyasının, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Dövlətimizin beynəlxalq nüfuzu günü gündən güclənir.”
Bugün, 13:24
Onlara yeni vəzifə verildi
Bugün, 12:52
Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib
Bugün, 11:12
Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
Bugün, 10:26
Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb
Bugün, 09:24
Azərbaycan Premyer Liqasında "Zəfər turu"na bu gün start veriləcək
Dün, 18:52
Yaponiya ordusu ayılara müharibə elan etdi
Dün, 18:10
Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Dün, 17:40
Çex hökuməti istefa verib
Dün, 17:17
Ekologiya Nazirliyinin büdcəsi azaldıldı - FƏRMAN
Dün, 16:17
Mahmud Abbas Roma Papası ilə görüşdü
Dün, 15:44
Salyanda “Kamaz”la “Mercedes” toqquşdu - Xəsarət alan var
Dün, 15:03
“Qarabağ”ın oyunçusu Kadinin ayağı sınıb
Dün, 14:47
Putin dayanmaq istəmir – Kremlin növbəti planı
29-09-2025, 20:01
“Bütün ailəmiz kədərlənir...” - Mehriban Əliyeva Cabir İmanovdan yazdı
29-09-2025, 17:31
İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır
29-09-2025, 16:24
Mədəniyyət Nazirliyi Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi
29-09-2025, 15:49
Məhkəmə Saakaşvili barəsində qərar verdi
29-09-2025, 15:22
Əli Əsədov Minskdə səfərdədir - Fotolar
29-09-2025, 14:46
Millimizin yeni baş məşqçisi bəlli oldu
29-09-2025, 13:21
Rafiq Məmmədhəsənov "Əmək" ordeni ilə təltif edilib
29-09-2025, 12:48
Artım yalnız elektrik və CNG avtobuslara aiddir
29-09-2025, 12:05
İctimai nəqliyyatda gedişhaqqı artırıldı
29-09-2025, 11:41
Azərbaycanda 21 milyondan çox bank kartı var
29-09-2025, 11:02
Rəşad Nəbiyev: İnsan kapitalına aktiv investisiya yatırırıq
29-09-2025, 10:26
Muxtar Babayev: Azərbaycan COP29-a ev sahibliyi edərək regionu dünyaya tanıdıb
29-09-2025, 09:32
İsmayıllıda toyda dava düşdü: bəy bıçaqlandı
29-09-2025, 08:47
III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq
