Xeyriyyəçilik - əxlaqi kodeksdir
Cəmiyyət
Oxunub: 0
21 Kas 2023 | 16:50
Xeyriyyəçilik - əxlaqi kodeksdir

Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 3/4 hissəsini su təşkil edir. Canlıların bioloji strukturlarının böyük bir hissəsini təşkil edən su, doğuş, böyümə və inkişaf dövrlərində bütün canlılar üçün əvəzolunmaz həyati dəstəkdir...
Xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi, məhdud mənada, əhalinin zəif sosial təbəqəsinin üzvlərinə müxtəlif yöndə köməkliklərlə əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin kökü qədim zamanlara gedib çıxır. Bir çox filosoflar da məhz, formalaşdırdıqları etik görüşlərində ən çox xeyirxahlığın, xeyriyyəçiliyin mahiyyətini açmağa çalışıblar.
Zərdüştün əxlaqi kodeks kimi ortaya qoyduğu “xoş fikir, xoş söz, xeyirxah əməl” formulu məhz o dövrdən başlayan xeyriyyəçilik məfhumunun fundamentini təşkil edir.
Sokrat qeyd edib ki, xeyriyyəçilik əsil nəcib, alicənab insanlara aiddir. O, xeyirxahlığı əxlaq normaları, qanunlar kimi əbədi və dəyişməz hesab edirdi: “Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə, xeyirxahlığa nail olmağa hazırlıqdır”.
Xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələrini öz əməllərində yaşadan - Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir sıra başqa şəxslərin adları Azərbaycanda filantropiya tarixinə qızıl hərflərlə yazılmışdır...
Gəncə şəhər qəbirstanlığında “8 Noyabr- Zəfər Günü” ilə bağlı Şəhidlərin, İmamların və vaxtsız dünyasını dəyişən gənc iş adamı Ruslan Məmmədovun xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib.
Ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra mənfur düşmənlərimizə qarşı mübarizədə əsas faktorlardan biri kimi diaspora fəaliyyətinin inkişifana diqqət və qayğını artırdığı günlərdə, Şimali Osetiya-Alaniya Respublikasıda “Azərbaycanlıları Konqresini” yaradıb fəaliyyətə başlayan Şahin Məmmədov sonradan bu konqresin fəxri prezidenti kimi fəaliyyət göstərməyə davam etdi. Xalqımızın siyasi və milli-mənəvi dəyərlərini Rusiya Federasiyasında layiqincə təmsil edən, ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətinə sadiqliyi ilə seçilən diaspor nümayəndəsi Şahin Məmmədov Şimali Osetiya-Alaniya Respublikasıda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyevlərin qoyduğu irsi davam etdirərək bir çox xeyriyyəçilik işlərini həyata keçirmiş və bu işə davam etməkdədir.
Xeyriyyəçilik - əxlaqi kodeksdir

“Ot kökü üstə bitər” demişdir atalarımız. Vətənpərvərliyi və xeyriyyəçiliyi ilə yaddaşlarda özünə əbədi bir abidə ucaldan Ruslan Məmmədov Vətənə, torpağa bağlılığı hələ körpə yaşlarından atası Şahin Məmmədovdan öyrənmişdi.
50 ildən artıq bir zamandır ki, bu qəbirstanlıqda su olmadığından insanlar öz doğmalarının məzarlarında təmizlik işləri aparmaqda əziyyət çəkiblər. Əkilən yaşıllıqların tamamı susuzluqdan məhv olub.
Qeyd edək ki, Gəncə Şəhidlər xiyabanı ərazisində qazılan artezian quyuları nəticəsində 2 bulaq çəkilərək insanların istifadəsinə verilib. 3-cü bulağın çəkilişi məqsədilə mütəxəsislər tərəfindən əraziyə baxış keçirilib, iş aparılır.
Bulaq kompleksinin çəkilib istifadəyə verilməsinə görə, şəhid ailələri və məzarlıqda dəfn edilən insanların yaxınları Gəncə şəhərinin ziyalı oğlu, hörmətli Şahin Məmmədova öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Gəncə şəhəri üçün ağır itki hesab olunan Ruslan Məmmədovun vaxtsız vəfatından kədərləndiklərini bildirən tədbir iştirakçıları başsağlıqlarını ifadə edərək, ailəsinə səbr diləyiblər.
Sonda Şəhidlərin, İmamların, Ruslan Məmmədovun və məzarlıqda dəfn edilən insanların əziz xatirəsinə dualar oxunub.
Xeyriyyəçilik - əxlaqi kodeksdir

ELÇİN Şükür
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı