Elton Məmmədov: Uğurlu gələcəyin davamı

Elton Məmmədov
Professor
Dekabr ayının 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədi irəli sürülüb. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.
Prezident İlham Əliyev uğurlu siyasi kursunun nəticəsi olan iqtisadi yüksəliş uzun illər formalaşdırmış ictimai-siyasi, sosial-iqtisadi və ölkənin hərbi qüdrətinin artırılmasına yönəldilib. Məhz Prezident İlham Əliyevin diplomatik məharəti və strateji addımları, şanlı Azərbaycan ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 gün davam edən Vətən müharibəsi böyük qələbə ilə nəticələndi. Artıq ərazi bütövlüyümüz tam bərpa edilib. Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın və ordusunun ətrafında dəmir yumruq kimi sıx birləşərək gələcək taleyində dönüş nöqtəsi yaratdı. 2020-ci il noyabrın ayının onunda Prezident İlham Əliyev tarixi bəyanatın imzalanmasına nail olmaqla Azərbaycanın siyasi və iqtisadi suverenliyini təmin etdi. İşğaldan azad edilmiş ərazilərdə, bütövlükdə isə xalqımızın taleyində yeni bir şanlı səhifə açıldı.
Dövlət başçısının qətiyyətli və praqmatik siyasət kursu Azərbaycanın post müharibə mərhələsindəki gündəliyini yeni reallıqlara və çağırışlara uyğunlaşdırdı. Bu gün işğaldan azad edilmiş Qarabağ sürətlə bərpa olunur. Bu yerlərə yenidən həyat qayıdır, minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bu ərazilər yaşıl enerji zonası elan edilib. Zəngilanda həyata keçirilən ağıllı kənd, ağıllı şəhər layihələri, azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər çox yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyinə böyük inam yaradır.
Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də ölkəmizin müəllifi olduğu yeni reallıqların dünya miqayasında qəbul edilməsi idi. Artıq biz buna nail olmuşuq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik addımlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Dünyanın bir çox dövlətlərində baş verən neqativ hadisələr-müharibə və münaqişələr fonunda Azərbaycan Prezidentinin yürütdüyü müstəqil konstruktiv siyasətin bəhrəsini hər bir siyasi qərarda görürük. Bu gün beynəlxalq ictimaiyyət Qarabağı azərbaycanın suveren ərazisi kimi tanıyır və əzəli torpaqlarımızda həyata keçirilən bərpa quruculuq işlərinə böyük maraq göstərir.
Bəli, dövlət başçısının daxili və xarici siyasətdə irəli sürdüyü bütün strateji gedişlər, böyük zəhmətin nəticəsi olan uğurlar, Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, onun rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
Təsadüfi deyil ki, sonuncu prezident seçkilərindən ötən illlər ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi sosial sahədə də nəticə yönümlü addımlar atılıb. Sosial inqilab xarakterli qərarlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edib. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əmək haqqı pensiyalar artırılıb. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşının rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb. Bütün bunlar isə bir daha “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” - deyən İlham Əliyevin sözünün imzası qədər dəyərli olduğunu sübuta yetirir.
Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar prezident seçkilərində bir seçimi var və o da İlham Heydər oğlu Əliyevdir.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı