Qələndər Canbaxışov: Tariximizə yazılan növbəti zəfər səhifəsi
Cəmiyyət
Oxunub: 0
9 Ock 2024 | 11:45
Qələndər Canbaxışov: Tariximizə yazılan növbəti zəfər səhifəsi

Qələndər Canbaxışov
Tibb Elimləri doktoru,professor Travmatoloq-ortoped


Prezident İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti hər birimizdə böyük qürur hissi yaratdı. Müraciətdə qeyd edilən uğurlarımıza və cari il üçün hədəflərə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə, qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu mühüm hadisə 2023-cü ildə tariximizə yazılan növbəti zəfər səhifəsi oldu.

Cənab İlham Əliyev həmin müraciətində bu çağırışı etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

Dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin möhkəmləndirilməsi dövlətimizin siyasətində əsas istiqamətlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mühüm çağışları arasında bu məqam da xüsusi qeyd edilmişdir ki, Azərbaycanın müstəqilliyini və suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu ilk gündən dövlət siyasətinin əsasına çevrildi. Bütün dünya azərbaycanlılarını bir araya gətirmək üçün biri-birindən mühüm addımlar atıldı. Həmin ölkələrdə Azərbaycan mərkəzləri, cəmiyyətləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunmasını təşkil etmək üçün 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də dünya azərbaycanlılarının birliyinə xüsusi diqqət göstərir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən dövlət başçısı mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Onu da qeyd edək ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci ildə Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Cənab İlham Əliyev hər zaman dünya azərbaycanlılarının fəaliyyətini yüksək dəyərləndirir. Onlar Azərbaycan həqiqətlərinin təbliğində yüksək fəallıq nümayiş etdirirlər. Təbii ki, bu fəaliyyət özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev onların fəailiyyətini belə dəyərləndirmişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.”

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. 2022-ci ildə Qarabağın tacı Şuşanın ev sahibliyi etdiyi Dünya Azərbaycanlılarının Zəfər Qurultayı bu məkandan dünyaya birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Hazırda bu birlik işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasında və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışında öz aydın ifadəsini tapır. Birliyimiz, hənrəyliyimiz bundan sonra daha möhtəşəm uğurları, zəfərləri təmin edəcək. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Vətən üçün-doğma Azərbaycanımız üçün çalışmalıdır.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı