Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
Cəmiyyət
Oxunub: 135
19 May 2025 | 15:00
"Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İcimai Birliyi köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin sistemli şəkildə aradan qaldırılması məqsədilə təkliflər paketi hazırlayıb.

Bunu Assosiasiyanın sədr müavini Əşrəf Şıxəliyev “Bakının Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, təkliflər uzunmüddətli araşdırmalara və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb: "Məqsəd müasir şəhərsalma tələblərinə uyğunluğun təmin olunması, eləcə də tikinti prosesində rast gəlinən hüquqi və texniki problemlərin kompleks şəkildə həllidir".

Ə.Şıxəliyev qeyd edib ki, bu sahədə əsas problemlərdən biri təzminatla bağlıdır: "Söküntüyə məruz qalan mülkiyyət sahiblərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı vahid tarif və qaydalar yoxdur. İkinci məsələ həmin şəxslərə yeni tikilidən veriləcək əvəz sahəsinin ölçüsü ilə bağlı normativ sənədin olmamasıdır. Üçüncü problem isə kompensasiya və yaxud əvəzləşməyə daxil ediləcək sahələrin hansı kriteriyalara əsasən hesablanacağı ilə bağlı normativ tənzimləmənin mövcud olmamasıdır. Bu problemlərin aradan qaldırılması üçün Assosiasiyanın təklifləri mövcud iqtisadi və hüquqi reallıqlara əsaslanır. Kompensasiyanın məbləği iqtisadi inkişafa bağlı məsələ olduğundan, bu rəqəm Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmalıdır. Məbləğ iqtisadi artım, inflyasiya və digər maliyyə göstəricilərinə uyğun olaraq çevik şəkildə dəyişdirilə bilməlidir. Mülkiyyətçilərin əmlakları əvəzinə veriləcək sahənin ölçüsü isə Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə tənzimlənməlidir"

O, əlavə edib ki, təklif edilən hüquqi mexanizm həm mülkiyyətçilərin əsassız tələblərinin, həm də tikinti şirkətlərinin verdiyi özbaşınalıqların qarşısını almağa xidmət edəcək.

"Bəzi hallarda mülkiyyətçilər qanunsuz və yüngül konstruksiya ilə inşa olunmuş, fərdi yaşayış evinə aid olmayan tikililərin də ölçülməsini, kompensasiya olunmasını tələb edirlər. Bu isə söküntü və köçürülmə prosesində narazılıqlara səbəb olur. Belə halların qarşısının alınması üçün Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq tənzimləyici norma əlavə edilməlidir," – deyə Assosiasiya rəsmisi vurğulayıb.
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
21-05-2026, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
21-05-2026, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm