İsrafil Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnzibati Təsərrüfat İşləri üzrə prorektoru İsrafil Məmmədovdur.
Bəli, yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Qeyd edək ki, İsrafil Məmmədovun xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı səmimi münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən böyük hörmət və ehtiramın nəticəsidir.
Ümumiyyətlə, İsrafil Məmmədovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən İsrafil Məmmədov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”. Unutmaq olmaz ki, İsrafil Məmmədovun fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət İsrafil Məmmədovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan İsrafil Məmmədovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz İsrafil Məmmədovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda İsrafil Məmmədov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, İsrafil Məmmədovun bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Unutmaq olmaz ki, İsrafil Məmmədovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, İsrafil Məmmədov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.
Dün, 18:50
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Dün, 18:02
Samuxda bir nəfər kanalda batıb
Dün, 17:15
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Dün, 16:41
Nikah və boşanmaların sayı azalıb
Dün, 16:21
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Dün, 12:52
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Dün, 12:21
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
Dün, 11:46
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Dün, 10:47
Qaradağda yük maşını aşıb
Dün, 10:16
Premyer Liqada I tura bu gün yekun vurulacaq
15-08-2026, 16:33
Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
15-08-2026, 15:43
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
15-08-2026, 14:42
İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
15-08-2026, 13:22
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
15-08-2026, 12:54
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
15-08-2026, 12:00
Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
15-08-2026, 11:07
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
15-08-2026, 10:15
Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
15-08-2026, 09:44
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
15-08-2026, 09:19
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
14-08-2026, 18:43
“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
14-08-2026, 17:57
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
14-08-2026, 17:21
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
14-08-2026, 16:49
SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
14-08-2026, 15:34
Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
14-08-2026, 14:47
Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
14-08-2026, 14:39
FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar