Lamiyə Əliqızı: İnsani dəyərləri özündə cəmləşdirən müqəddəs Ramazan bayramını böyük sevinc və qürur hissi ilə qeyd edir

“Bu gün bütün müsəlman aləmi mənəvi paklıq, mərhəmət, paylaşmaq və yardımlaşmaq kimi ən ali insani dəyərləri özündə cəmləşdirən müqəddəs Ramazan bayramını böyük sevinc və qürur hissi ilə qeyd edir.Ramazan ayı hər birimiz üçün səbrin, şükrün, nəfsə qalib gəlməyin, ruhən saflaşmağın və Allaha daha da yaxınlaşmağın bir məktəbi oldu. Bu ay ərzində tutulan oruclar, edilən dualar, göstərilən mərhəmət və ehtiyacı olan insanlara uzadılan yardım əlləri cəmiyyətimizdə birlik, bərabərlik və qardaşlıq duyğularını daha da gücləndirdi.
Ramazan bizə yalnız ac qalmağı deyil, həm də başqalarının halını anlamağı, kasıblara, kimsəsizlərə və ehtiyacı olanlara dəstək olmağı öyrətdi. Bu müqəddəs ay insan qəlbini kin və nifrətdən uzaqlaşdıraraq sevgi, ümid və mərhəmətlə doldurdu. Bu gün isə bütün bu gözəl dəyərlərin zirvəsi olan bayram gününü yaşayırıq.
Bu əziz bayram münasibətilə arzu edirəm ki, hər bir evə sevinc, hər bir süfrəyə ruzi-bərəkət, hər bir qəlbə isə nur və rahatlıq dolsun. Qoy küsülülər barışsın, uzaqlar yaxın olsun, dualar qəbul, niyyətlər gerçək olsun. Qoy bu bayram həm ölkəmizə, həm də bütün dünyaya sülh, əmin-amanlıq və firavanlıq gətirsin.
Xüsusilə ehtiyacı olan insanları unutmayaq, sevincimizi onlarla bölüşək, çünki bayramın əsl gözəlliyi paylaşdıqca artır. Gəlin bu müqəddəs günlərdə bir-birimizə daha çox dəstək olaq, yaxşılıq etməyi həyatımızın ayrılmaz bir hissəsinə çevirək.
Bayramınız mübarək!
Allah tutduğunuz orucları, etdiyiniz duaları, verdiyiniz sədəqələri və bütün xeyirxah əməllərinizi qəbul etsin. Qoy Uca Allah hər zaman sizi və ailənizi qorusun, qəlbinizə iman, evinizə bərəkət, həyatınıza isə xoşbəxtlik və uğur bəxş etsin!”
Lamiyə Əliqızı
Xeber.info-un baş redaktoru
Bugün, 18:50
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Bugün, 18:02
Samuxda bir nəfər kanalda batıb
Bugün, 17:15
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Bugün, 16:41
Nikah və boşanmaların sayı azalıb
Bugün, 16:21
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Bugün, 12:52
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Bugün, 12:21
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
Bugün, 11:46
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Bugün, 10:47
Qaradağda yük maşını aşıb
Bugün, 10:16
Premyer Liqada I tura bu gün yekun vurulacaq
15-08-2026, 16:33
Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
15-08-2026, 15:43
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
15-08-2026, 14:42
İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
15-08-2026, 13:22
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
15-08-2026, 12:54
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
15-08-2026, 12:00
Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
15-08-2026, 11:07
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
15-08-2026, 10:15
Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
15-08-2026, 09:44
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
15-08-2026, 09:19
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
14-08-2026, 18:43
“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
14-08-2026, 17:57
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
14-08-2026, 17:21
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
14-08-2026, 16:49
SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
14-08-2026, 15:34
Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
14-08-2026, 14:47
Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
14-08-2026, 14:39
FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar