Erməni qadınlardan rus sülhməramlılarına cinsi yolla keçən xəstəliklər yayılıb

İkinci Qarabağ Savaşında həlak olmuş, itkin düşmüş və yaralanmış erməni hərbçilərin ailələrinə dəstək göstərməklə məşğul olan Müstəqil Monitorinq Mərkəzinin verdiyi məlumata görə, son üç gündə Rusiyadan Ermənistana, İrəvandakı “Zvartnots” aeroportuna hərbi-nəqliyyat təyyarələri 3 reys ediblər.
Boşaltma əməliyyatlarından sonra bəlli olub ki, təyyarələrin yükləri xüsusi laboratoriya, hərbi və mülki həkimlərdən ibarət bir neçə briqada, habelə dərman preparatı və vasitələr olub. Yüklər təcili qaydada Xankəndinə daşınıb.
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının təcili yardım maşınlarından birinin sürücüsünün dediyinə görə, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mənsubları arasında zöhrəvi xəstəliklər yayılıb. Tibbi briqada və xüsusi laboratoriya rusiyalı sülhməramlıların Xankəndindəki əsas bazasının sanitar hissəsi üçün nəzərdə tutulub.
“Mən də maşınımla Xankəndinə müxtəlif dərmanlar və avadanlıq daşımışam, – sürücü deyib. – İkinci reysdə yükü Rusiyanın Gümrüdəki 102-ci bazasının sanitar hissəsinin təlimatçısı mayor Stepanov müşayiət edirdi. O, dedi ki, Qarabağdakı rusiyalı sülhməramlılar arasında müxtəlif mikroblar, göbələk xəstəlikləri və zöhrəvi xəstəliklər, habelə qaşınma, qoturluq, ekzema və vərəm yayılır. Yoluxmuş rusiyalı hərbçilərin analizlərini Moskvaya, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının laboratoriyasına da göndəriblər. Həmin analizləri HİV-QİÇS-lə bağlı yoxlayacaqlar”.
Xankəndini tərk etmiş ermənilərlə söhbətlər zamanı Monitorinq Mərkəzinin əməkdaşları öyrəniblər ki, Xankəndində bütün ictimai iaşə müəssisələri, kiçik otellər və hostellər, habelə sutkalıq kirayəyə verilən mənzillər bordellərə çevrilib. Növbətçilikdən sonra rusiyalı sülhməramlılar oralarda dincəlməyi xoşlayırlar. Xankəndində “masaj salonları”nın sayı da artıb. Yerli erməni qadınların “xidmət”lərindən istifadə edən rusiyalı sülhməramlılara narkotik maddələr də satırlar.
Rusiyalı sülhməramlıların belə “macəra”ları nəticəsində Xankəndinin mərkəzindəki hərbi bazada – əvvəllər 366-cı motoatıcı alayın yerləşdiyi hərbi hissə – zöhrəvi xəstəliklərə yoluxan və ya vərəm olan sülhməramlılar üçün əlavə korpus tikilir.
Bu yaxınlarda mini narkoloji dispanser də tikiləcək, çünki sülhməramlıların komandanlığı biabırçı faktların mediaya sızmasını istəmir.
Şəxsi heyət arasında dəri-zöhrəvi xəstəliklərin yayıldığına görə Rusiyanın Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların komandanlığına artıq şifahi xəbərdarlıq da edib.
Qarabağdakı rusiyalı sülhməramlıların maaşı sutkada 17 dollar olduğundan, qarabağlı erməni qadınlar arasında onlara “xidmət” göstərənlərin sayının sürətlə artımı ilə yanaşı, Ermənistanın müxtəlif yerlərindən Xankəndinə əxlaqsız erməni qadınların axını müşahidə olunur.
Məhz bu səbəbdən Xankəndində icarəyə və ya kirayəyə verilən evlərin sayı artır. Bu mənzillərlə evlərdə erməni qadınlar çalışırlar.
Yerli erməni qadınların dediklərinə görə, fahişəlik indi onların yeganə gəlir mənbəyidir.
Xankəndindəki erməni taksi sürücüləri isə deyirlər: “Əvvəllər hər şey yaxşı idi. Müharibədən sonra isə vəziyyət çox pisləşib. Tarlalar, bağlar, əkin-biçin hamısı azərbaycanlıların əlindədir. Həmin ərazilər olmadan Xankəndində yaşamaq çətindir. Nə yeyəcəyik, nə içəcəyik – bilinmir. Belə çox yaşamaq olmaz burada”.
Rusiyalı sülhməramlıların nəzarətindəki əraziləri tərk etmək istəyən qarabağlı ermənilərin sayı isə sürətlə artır. Onlar Ermənistana, oradan da Rusiyaya getmək istəyirlər.
Bugün, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Bugün, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Bugün, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
Bugün, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Bugün, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Bugün, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Bugün, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bugün, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Bugün, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Bugün, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Bugün, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Bugün, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Bugün, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Bugün, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Bugün, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
Dün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Dün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Dün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Dün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Dün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Dün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Dün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Dün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Dün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Dün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Dün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Dün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb