“Ermənilərlə münasibətləri bərpa etməliyik, ancaq...” - GƏLİŞMƏ
Dünya
Oxunub: 276
3 Ara 2021 | 08:55
“Ermənilərlə münasibətləri bərpa etməliyik, ancaq...” - GƏLİŞMƏ

Yeganə problem azərbaycanlılarla ermənilər arasındadır ki, bunun da tarixi yüzilliklərə dayanır. Son 200 ildə ermənilərin məhz Cənubi Qafqaz regionuna gətirilməsi, Azərbaycanla qonşuluqda yerləşdirilməsi və zaman- zaman Rusiya tərəfindən, keçmiş SSRİ tərəfindən Azərbaycan torpaqlarının Ermənistana verilməsi, eləcə də sonuncuların ərazi iddiaları və 90-cı illərdə baş tutan işğal prosesindən sonra iki ölkə arasındakı, eləcə də xalqlar arasındakı münasibətlər düşmənçilik səviyyəsinə gəlib çatıb. 30 il müddətində sülh yolu ilə torpaqlarımızı qaytarmayan ermənilərlə qarşı 44 günlük Vətən savaşında böyük bir müharibə aparıldı və möhtəşəm qələbə əldə olundu. Lakin qələbədən sonra da ortada olan mühüm məsələlərdən biri Qarabağın müəyyən bir hissəsində məskunlaşan ermənilərlə Azərbaycan xalqı arasında münasibətlərin bərpası, Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərin qurulması, iki xalq arasında, cəmiyyət arasında etimad mühitinin möhkəmləndirilməsi və birgə yaşayışın bərpasıdır. Lakin hələ də bu istiqamətdə hansısa addımların atılması mümkün olmayıb. Ermənilərin zaman- zaman həyata keçirdiyi təxribatlar da bunun qarşısında bir əngələ çevrilib. Lakin Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşü həyata keçirilir və burada həm nəqliyyat dəhlizlərinin açılması, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də xalqlararası münasibətlərin, eləcə də əlaqələrin qurulması istiqamətində işlər aparılır. Belə ki, hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilər gələcəkdə Azərbaycan vətəndaşlığına keçməlidirlər və bunun üçün indidən hansı addımlar atılmalıdır? Bu, Azərbaycan üçün həm də bu mənada əhəmiyyət kəsb edir ki, Rusiya sülhməramlılarına Qarabağda ehtiyac qalmasın və onlar tezliklə sərhədlərimizi tərk etsinlər. Dünyanın hər yerində etnik münaqişələr mövcuddur və bu münaqişələrin həllindən sonra xalqlararası münasibətlərin normaya salınması ilə bağlı proqramlar işlənib hazırlanır. Hazırda bir neçə istiqamətdən Azərbaycana bu barədə təkliflər var və Ermənistanla Azərbaycan əhalisi arasında münasibətlərin yoluna qoyulması üçün proqramların həyata keçirilməsi barədə təkliflər olunur. Bəs görəsən, hansı metodlar işə yarıyır və xalqımızın yeganə düşmən obrazında gördüyü, son iki əsrdə millətimizə qarşı soyqırımlar həyata keçirən ermənilərlə, hər cür təhlükəsizlik və digər tədbirləri görmək şərtilə, ayıq-sayıqlığı itirməmək şərtilə hansı münasibətlər qurula bilər?

Bu sualları cavablandıran professor, sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üçün beynəlxalq təcrübədən faydalanmaq mümkün deyil: “Tarixdə ruslarla almanlar, almanlarla fransızlar arasında müharibələr olub. Daha sonra barışıblar və indi də dost yaşayırlar. Onlarla belə misallar göstərmək olar. Ermənilər isə tam başqa bir xalqdır. Heç bir münaqişədə erməni variantı kimi olmur. Əvvəla, erməni bu torpağa gətirilmədir. Əslində bu torpağı vətən kimi onların beyninə xüsusi olaraq yeridiblər. Erməni bir alət kimi hazırlanıb. Qafqaza girmək, Qafqazı istila eləmək, burada öz hökmranlığını həyata keçirmək, müsəlman dünyasına, türk dünyasına zərbə vurmaq, parçalamaq üçün ermənilər bölgəyə gətirilib. Erməni ilə fransızların, almanların, digərlərinin münaqişəsini müqayisə etmək olmur. Proqnoz etmək mümkün deyil ki, barışıqdan sonra necə olacaq”.

Sosioloqun sözlərinə görə, bu məsələ müxtəlif yollarla tənzimlənəcək: “Çox yaxşı olar ki, indiki vaxtda ermənilərlə bizim yazıçılar, filosoflar, sosioloqlar arasında dialoqlar yaransın, görüşlər həyata keçirilsin. Haradasa üçüncü ölkədə, Gürcüstanda və ya digər yerdə geniş söhbətlər təşkil olunsun. Çünki indiki dövrdə idarəetmə elminin tələbi belədir ki, heç bir sosial sistemi et və ya etmə deməklə, kənardan müdaxilə ilə idarə etmək uğurlu olmur. Önəmli olan ikitərəfli münasibətlərin, başlanğıc əlaqələrin qurulması və prosesin hərəkətə gəlməsidir. Barışıq üçün mümkün potensialı oyatmaq, iki tərəfin ictimaiyyət nümayəndələrinin, elm adamlarının, tarixçilərin, ədəbiyyatçıların görüşünü təşkil etmək, onların müzakirələrini keçirmək lazımdır. Çox güman ki, yaşlı nəsil arasında elə insanlar var ki, əvvəldən ermənilərlə əlaqələri olub. Onlar dünyasını dəyişməmiş bu əlaqələri işə salmaq, görüşlər keçirmək lazımdır. Onsuz da ermənilərin müəyyən hissəsi başa düşür ki, gec-tez necə olacaq, ancaq onlar da psixoloji təzyiq altındadırlar. Ona görə biz həmin ictimai rəyə təsir edə bilən qüvvələrin görüşlərini təşkil eləməliyik ki, bu impuls yayılsın. Belə olanda müəyyən qədər ortaq münasibətlər üçün şərait yaranacaq”.

Ə.Qəşəmoğlu bildirdi ki, ancaq bununla belə, erməni xislətini yaddan çıxarmaq olmaz. Biz həmişə onlarla ehtiyatlı olmalıyıq: “Almanla rus kimi münasibət qurmaq mümkün deyil, biz ermənilərlə həmişə ehtiyatlı olmalıyıq. Biz bilməliyik ki, onlar tarix boyu necə yetişdiriliblər, onlar psixologiyalarında müəyyən xüsusiyyətləri olan bir xalqdır. Əvvəlki kimi, sovet dövründə olduğu kimi onlara qucaq açmayacağıq. Amma hər halda, tolerantlıq qaydaları ilə, müəyyən bir qarşılıqlı əlaqələrə dözməliyik. Necə ki, qonşuda bir psixi xəstə, problemli adam olanda dözürsən, amma həm də ehtiyatlı davranırsan. Ermənilər də bizim qonşumuzdur. Ermənilərin bəlli xüsusiyyətlərini həmişə nəzərdə saxlamaqla, onlarla qarşılıqlı əlaqələrimizi ona uyğun olaraq qurmalıyıq”. //musavat.com//
Dün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Dün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Dün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Dün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Dün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Dün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Dün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Dün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Dün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Dün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Dün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Dün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Dün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
30-06-2026, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
30-06-2026, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
30-06-2026, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
30-06-2026, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
30-06-2026, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
30-06-2026, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
30-06-2026, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
30-06-2026, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
30-06-2026, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
29-06-2026, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
29-06-2026, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
29-06-2026, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
29-06-2026, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
29-06-2026, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb